Yumurtanı necə qaynadırlar: Bu sadə və mürəkkəbdir!

Yumurtanı necə qaynadırlar: Bu sadə və mürəkkəbdir!
Faydalı məsləhətlər
10.09.2017 41
Hesab
edilir ki yumurtanı qaynatmaq çox asantdır. Bunun üçün yumurtaları orta
həcimli bir qazana qoyub, üstündən onları örtənə qədər su töküb qoyuruq
qaynamağa. Qazanın qapağını bağlayırıq və 10 dəqiqə gözlədikdən sonra
altını söndürüb yumurtaları soyuq suya salırıq. Sonra ehtiyyatla
sındırıb qabığını soyuruq.
 
Bu qaydaya riayət edənlər çoxdur. Və bu qayda nəsildən nəsilə
keçməkdədir. Lakin, çox təəssüf ki, dünya qəlizdir və yumurtanın bişirmə
qaydaları birdən artıqdır.

 Beləliklə,
bizim düşüncələrimiz əsasında belə bir maraqlı suala gəldik ki, əgər
yumurtanı soyuq suya yox, birdəfəlik qaynayan suya atsaq nə baş verər.
Küfr! Amma yenədə: dahilik! Hamının bildiyi kimi, gözləyəndə vaxt itkisi
yaranır. Ona görə də yumurtanı soyuq suda bişirərkən, suyun nə zaman
qaynayacağı bizə dəqiqliklə məlum olmur. Buda o deməkdir ki stabil
nəticə əldə etmək çətindir. Lakin yumurtanın qaynayan suya atmaq üsulu
bizə dəqiq bişmə vaxtını bildirir.



İndi isə bəzi insanlar bu üsuldan çəkindiklərini bildirəcəklər, çünkü
onlar fikirləşir ki, yumurta qaynayan suya duşərkən çatlayacaq. Lakın
əgər siz yumurtanı incə qaşıqla və yavaş-yavaş suya endirsəniz,
həyacanlanmağa heç bir səbəb qalmaz. (düzü, balaca bir risk etməyin
qorxusu olmaz).

Beləliklə, əgər bu üsul bizə dəqiq istədiyimiz kimi yumurtanın bişmə
vaxtını bildirirsə, niyə də biz ondan istifadə etməyək? Bu sualı
cavablandırmaq üçün biz Amerikanın ən böyük yumurta istehsalçısına -American Egg Board müraciət
etdik: "Yumurtanı soyutma bişirmək üçün onu çoxlu qaynatmamalıyıq. Əgər
yumurtanı 100 dərəcə selsiyada uzun müddət qaynadası olsaq, onun ağı
elastik olacaq və sarısı tam olaraq quruyacaq. Nəyə görə belə olur?
Çünkü yumurtanın ağı zülal və sudan ibarətdir, bir qədər bişdikdə zülal
çürüməyə başlayır və ağda olan su tamamilə itir."

Yumurta çatlamayacaq və bundan hec narahat olmayın. Və əgər siz
yumurtanı yavaş-yavaş qaynayan suya salıb 5-7 dəqiqəlik gözləsəniz - siz
ən yaxşı nəticə əldə edərsiniz. Sonra yumurtanı soyuq suya salıb,
qabığını soyub dada bilərsiniz.

Və sonda bir neçə məsləhət. 

1. Əgər siz yumurtanı qaynayan suya salanda çatlamasından çox
çəkinirsiniz, o zaman suyu duzlu etmək çatlamanın qarşısını alar.

2. Yumurtanın küt olan tərəfində, içərisində olan pərdə və qabığ
arasında boşluq olur. Əgər siz yumurtanı qaynayan suya atmazdan əvvəl
iynə ilə həmin yerdən səliqəli deşik açsanız, yenədə yumurtanın
çatlamasının qarşısını almış olarsız.

3. Bişdikdən sonra çox məsləhətdir ki yumurtanı olduqça soyuq suya
qoyasınız. Və əgər bu su duzlu olsa yumurtanın qabığını soymaq sizə çox
rahat olar.

Aşağıdakı şəkildə yumurtanı qaynayan suya atıb nə qədər vaxt keçməsinə əsasən onun bişmə üsullarını göstəririk:




 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!