Xəmir işləri

Xəmir işləri
Faydalı məsləhətlər
10.09.2017 13
**Xəmiri
acıtmaq istədikdə yaş və ya quru maya olmağından aslı olmayaraq həmişə
şəkər tozundan istifadə edin. Şəkər tozu mayalanmanı tezləşdirir.

**Mayanı həmişə isti su və ya süd ilə hazırlayın.

**Qabartma tozu və soda istifadə edəcəksinizsə bunları una qarışdırıb istifadə edin.

**Mayalı xəmiri kiçik kündələr edərək istifadə edin. Kündələrə ayırdığınızda daha cox qabarır.

**Keks hazırladıqda içinə 3-4 yemək qaşığı su əlavə etsəniz keksiniz daha yumuşaq olar.

**Xəmir işlərində təzə yumurtadan istifadə edin. Yumurtanı qırdığınızda sarısı dağılırsa deməli yumurta köhnədi.

**Xəmirin
mayalanması üçün mütləq isti şərait lazımdır. Əgər şərait yoxdursa,onda
son çarə olaraq xəmirinizi 40 dərəcə isidilmiş sobada saxlaya
bilərsiniz.

**Sobadan
börəyinizi götürdükdə altı bişməyibsə problem yoxdu. Börəyləri
dilimlərə ayırın və geniş teflon tavaya yerləşdirib 2-3 dəqiqə aşağı
istilikdə qazda bişirin. Yenidən sobada bişirmək istəsəniz börəyiniz
quruyar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!