Soyuducudakı pis qoxunu necə yox edək

Soyuducudakı pis qoxunu necə yox edək
Faydalı məsləhətlər
10.09.2017 20
Soyuducudakı pis qoxudan qurtulmaq üçün ilk öncə onun donunu açıb, silib
təmizləmək, sonra isə yeni soyuducu kimi, ona bir neçə saat ərzində
"istirahət etməyə” imkan vermək lazımdır. İldə bir dəfə soyuducunu tam
olaraq təmizləmək, ayda və ya iki həftədən bir isə onun bütün rəflərini
yuyub, qapısını və ona taxılmış rezini silmək tövsiyə edilir.



Təmiz soyuducunun divarlarını və rəflərini nəmləndirilmiş soda tozu ilə
yaxşıca silmək, sonra isə bir daha üstündən quru dəsmal ilə təmizləmək
lazımdır.



Alternativ vasitə kimi naşatır spirtindən də istifadə edə bilərsiniz (bu
xüsusən yeni soyuducular üçün məsləhət görülür). Bu vasitəni istifadə
etdikdən sonra soyuducu ən azı bir gün ağzı açıq vəziyyətdə havasını
dəyişməlidir.



Qoxunun mənbəyini tapmaq üçün soyuducunuzu diqqətlə yoxlayın. Olduqca
yayılmış problem – avtomatik ərimə üçün boruların və həmçinin məcburi
ərimə vaxtı xüsusi dəliklərin tutulmasıdır. Onları təmiz əridilmiş su
ilə yaxşıca yumaq lazımdır, təmizləmə üçün pambıq çubuqlarından da
istifadə etmək olar.

Soyuducunun divarlarını və rəflərini sirkə məhlulu ilə silməyə cəhd edin
(nisbi münasibət 1:1 olmalıdır). Bu prosedurdan sonra isə soyuducuya
4-6 saat ərzində bir qabda xörək sirkəsində isladılmış yekə pambıq
tikəsini qoymaq lazımdır.

Sirkə məhlulunun əvəzinə 2 stəkan təzə limon şirəsi və 1 stəkan suda
hazırlanmış məhluldan istifadə etmək olar və ya soyuducuya 1-3 gün
ərzinə limon şirəsi və ya kəsilmiş limon tikələri qoymaq olar.



Qabığı təmizlənmiş soğanın yarısını soyuducunun qapısındakı rəflərə və ya içinə qoyub, həftədə bir dəfə onu dəyişmək lazımdır.



Soyuducudan gələn qoxudan qurtulmaq üçün həmçinin iki yerə bölünmüş alma
və ya kartofdan da istifadə etmək olar. Belə təbii qoxu
neytralizatorlarını 3-5 gündən bir dəyişmək daha yaxşı olar.



Yuxarıda qeyd olunmuş qayda ilə həmçinin kömür tikəsindən və ya adi
aktivləşdirilmiş kömürdən də istifadə etmək olar. Bunun üçün təxminən
6-10 ədəd həbi xırdalayıb bir qabda soyuducuya qoymaq lazımdır.



Qoxudan azad olmaq üçün daha bir təbii vasitə – bir ovuc quru düyü dənləridir.



Soyuducuya yerləşdirilmiş qara çörək dilimləri də pis qoxunu azaldır.



Ətirli quru ədviyyatlar və ədviyyəli otlar soyuducuda xoşagəlməz qoxunu
qismən də olsa təmizləyir. Onları həmçinin profilaktik məqsədlərdə də
istifadə etmək olar. Bunun üçün darçın, mixək, vanil, kəklikotu, reyhan,
tərxun kimi ədviyyatların 2-3 növünü soyuducunun rəflərinə açıq
vəziyyətdə qoymaq lazımdır.



Yaxşı qoxu neytralizatoru qəhvə dənləri və qurudulmuş portağal və nar qabıqlarıdır.



Soyuducuda xoşagəlməz qoxunun yaranmasının profilaktikası üçün ona 2-3 ay ərzində quru soda, duz və ya

şəkər qoymaq olar (yaxşı olar ki, onların qablarının qapaqları dəlikli olsun).



Xüsusilə hazır ətirli məhsulları və yeməkləri ağzı örtülmüş və ya
bükülmüş vəziyyətdə saxlamaq lazımdır. Bunun üçün xüsusi
konteynerlərdən, paketlərdən, folqadan, qapaqlı qablardan istifadə edin.
Ət, balıq, quş məhsulları daha da yaxşı bükülmüş olmalıdır. Tərəvəzlər
və meyvələr üçün rəflər isə quru olmalıdır.



Soyuducuda daim rütubəti yoxlayın. Artıq kondensat (divarlarda su) kifin
artmasına və xoşagəlməz qoxunu təhrik edən mikroorqanizmlərin
inkişafına imkan yaradır.



Əlbəttə ki, məhsulların saxlama müddətinə riayət edib və soyuducuda pis
qoxunun yaranmasını gözləmədən müntəzəm olaraq onu yuyub təmizləmək
lazımdırскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!