Evin havasını temiz saxlamaq üçun məsləhətlər

Evin havasını temiz saxlamaq üçun məsləhətlər
Faydalı məsləhətlər
10.09.2017 10
Ev tozu bakteriyaları xüsusilə 25 dərəcədə və 75 % nəm nisbətlərində
törəyir. Yaşadığınız mühit lazımsız yerə isidilməməli və nəm nisbəti 45%
olmalıdır. Evdə bəslənən tüklü heyvanlara qaydalara uyğun şəkildə
baxılmalıdır. iyini azaltmağın ən yaxşı yolu ventilyasiyadır.Kifli
divarları sirkəylə təmizləyin

Allergiya şikayətlərinə səbəb olan kifin qarşısını almaq üçün
ventilyasiyanın yaxşılaşdırılması, rütubətin azaldılması lazımdır. Kifli
divarlar üçün su, sabun, sirkə kimi evdə olan sadə maddələrdən kif
təmizləyici hazırlana bilər.



Həşəratlara qarşı divardakı çatları qapadın. Hamam böcəkləri və siçan
kimi gəmiricilərlə mübarizədə ən yaxşı tədbir onları özünə cəzb edən
şərtlərin ortadan qaldırılmasıdır. Çünki bunları önləmək üçün istifadə
edilən kimyəvi maddələrin əksəriyyəti zəhərlidir.



Qida qırıntıları, çörək parçaları və digər tullantılar nizamlı olaraq təmizlənməlidir.

Yemək hazırlanan və yeyilən yerlər təmiz və quru olmalıdır.

Ərzaqlar ağzı sıx bağlı olan qabı, mətbəxin qapısını bağlı, pəncərəsini açıq saxlayın



Pəncərələr böyük olmalı, mətbəx havalandırılmalı və ya aspirator,
kondisioner kimi texniki avadanlıqlardan istifadə edilməlidir.

Yemək bişirərkən mətbəx havalandırılmalı, mətbəxin qapısı bağlı, pəncərəsi açıq olmalıdır.

larda saxlanmalıdır.

Su buraxan kranlar təmir edilməli, qab-qacaq yuyulan yer quru olmalıdır.

Evdəki zibillərin ağzı bağlı saxlanmalı və zibil qablarına atılmalıdır.

Divar, döşəmə və tavanlardakı çatlar bağlanmalıdır.



Evinizi çay sodasıyla təmizləyin

Zəhərli kimyəvi maddələr ehtiva edən bir çox təmizlik məhsulları
xəstəliklərə yol açır. Bu tip məhsullar nəfəs alma, udma və ya dəriylə
təmas zamanı da insanı zəhərləyə bilər. Əks təsirləri dərhal və ya illər
sonra ortaya çıxa bilər. Xüsusilə kiçik, qapalı, havasız yerlərdə ağız,
burun, gözlər qorunmalıdır. Maye sabun, isti su, çay sodası (karbonat),
sirkə kimi daha az zəhərli təmizləmə üsullarının olduğu
unudulmamalıdır.



Tamamilə tüstüsüz bağlı məkan şərtdir!

Bağlı məkanlarda siqaret tüstüsünə məruz qalmayın. Elmi araşdırmalar
məkanların kondisioner, ventilyasiya, siqaret çəkilə biləcək və çəkilə
bilməyəcək kimi hissələrə ayrılmasının təsirsiz olduğunu göstərmişdir.
Tüstünün zərərindən qorunmağın tək yolu bağlı sahələrin tamamilə
siqaretsizləşdirilməsidirскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!