Sakitləşdirici ot dəmləmələri

Sakitləşdirici ot dəmləmələri
Faydalı məsləhətlər
10.09.2017 27
Müasir
insanın həyatı stress və həyəcanla doludur. Xroniki stress çox
ziyanlıdır. Belə stress orqanizmdə müxtəlif pozulmalara səbəb ola bilər.

Məhz bu səbəbdən bir çox xəstəliklərin risk faktorları arasında həkimlər xroniki stresi xüsusilə vurğulayırlar.

Xalq
təbabəti streslə mübarizədə bizə bir çox vasitələr təqdim edir. Bu
vasitələr arasında sakitləşdirici ot dəmləmələri əsas yer tutur.



Sizə bu dəmləmələrin reseptlərini təqdim edirik:



-
1 çay qaşığı pişikotu kokü, 1 çay qaşığı quru nanə, 1 çay qaşığı
mayaotu toxumu 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir, süzülür
və gün ərzində stəkanın 1/3 hissəsi olmaqla içilir. Dəmləməyə bal əlavə
etmək olar. Bal da sakitləşdirici təsirə malikdir.



-
1 çay qaşığı şüyüd toxumu, 1 çay qaşığı zirə, bıçağın ucunda darçın 1
stəkan qaynar suda 1 saat ərzində dəmləyin, süzün və gün ərzində qəbul
edin.



-
1 çay qaşığı çobanyastığı, 1 çay qaşığı melissa, 2-3 dənə mixək 1
stəkan qaynar suda 1 saat ərzində dəmləyin, süzün və gündə 3 dəfə qəbul
edin.



-
1 xörək qaşığı yemişan, 1 portağalın qabıqları, bıçağın ucunda zəncəfil
tozu termosda 1/2 l qaynar suda axşamdan dəmlənilir, səhər süzülür və
gün ərzində içilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!