Həyatında dəyişiklik etmək istəyənlər üçün 10 məsləhət

Həyatında dəyişiklik etmək istəyənlər üçün 10 məsləhət
Faydalı məsləhətlər
10.09.2017 21
1. Səni sevindirən və müsbət emosiyalar bəxş edən işlərlə məşğul ol.
Əmin olduğun düşüncələri neqativdən pozitiv yöndəmə gətir və o zaman
həyatında daha çox xoşbəxtlik və xoş hadisələr olacaq.

2. Zərərli vərdişlərdən imtina et. Yalnızca sağlam və xeyirli qidalan.
Siqaret və alkoqolu tamami ilə ixtisar elə. Özün haqqında sağlam və
irəliləyən insan kimi düşün və bu tezliklə belə də olacaq.

3. Xarici dil öyrən . İnternet istifadəçiləri arasında 70 milliondan
artıq rusdilli, 1 milliarddan çox ingilis dili ilə yararlananlar var. Öz
dilinin internet istifadəçilərini araşdır. Həmçinin,əksər sivil
ölkələrdə ingilis dili,deməkolar ki,hər kəsin bilməsi gərəkən rəsmi bir
dilə çevrilmişdir. Xarici dil kurslarına yazıl və onu müstəqil şəkildə
mənimsənəyə başla.

4. Şəxsi inkişafı artıran kitab və jurnallar oxu. Gündəlik
oxumaqla,intellektini inkişafı ilə yanaşı söz ehtiyatını da artırmış
olarsan.

5. Həftəsonunu faydalı keçirt. Şəhərdən uzaq təbii məkanlara üz tut.

6. Qarşına böyük məqsəd qoy və mütləq şəkildə onu bir yerə yaz.Böyük
məqsəd bir neçə kiçik məqsədlərə bölünə bilər,hansılar ki,növbəti
seqmentlərə toxunur : sağlamlıq,şəxsi həyat,maddi nailiyyətlər və hobbi .
Bütün yazdıqlarını gündəlik olaraq oxu. Bu yolla sən diqqət vektorunu
son nəticəyə yönəldəcəksən ki,bu da məqsədə doğru cəld hərəkəti təmin
edəcək.

7. Bütün şüphə və şanssızlığı unut. Bunu bil ki,hər bir tənəzzüldə "uğur
dəni” vardır. Sən hər bir uğursuzluğu iradəni möhkəmlədən bir dərs kimi
qəbul etsən,həyatın dayanmadan yalnız və yalnız müsbət istiqamətdə
irəliləyəcək.

8. Bacardıqca erkən oyan. Oyanan kimi mütləq şəkildə bir stəkan təmiz su
iç. İllər sübut edib ki,səhər saatlarında insan daha çoxuna nail olur.
Yüngül səhər idmanı və ya gimnastikanı da unutma. Təmiz hava yürüşləri
də çox faydalıdır. Öz üzərində işlə,bədəninə qulluq et,hər gün daha da
gözəlləşdir.

9. Ətrafına həyatda öz sözünü demiş və müdrik insanları yığmağa çalış.
Onların məsləhətlərini dinlə,bacardığın qədər ümumi vaxt keçirt. Onların
yiyələndiyi faydalı vərdişlərdən nümunə götür,düşüncə tərzini inkişaf
etdir. Bu üsul ilə sənin uğura doğru yolun qısalacaq.

10. Heç zaman heç nədən qorxma. Heç bir maneə ,əslinə qalsa mövcud
deyil! Maneələr sadəcə və sadəcə bizim beynimizdədir. Beyninə "məndə heç
nə alınmayacaq” kimi axmaq fikirlər gəldikdə,əllərini sallayaraq təslim
olmaq əvəzinə hər şeyi unutmağa cəhd göstər! Unut və məqsədinə doğru
addımla.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!