Orqanizmin tonusunu qaldırmaq üçün məsləhətlər

Orqanizmin tonusunu qaldırmaq üçün məsləhətlər
Faydalı məsləhətlər
10.09.2017 5
Çoxumuz payız-qış mövsümündə enerji çatışmazlığı, daimi zəiflik vəyorğunluqdan tez-tez şikayət edirik. Belə məqamlarda əl və ayaqlar sanki soyuyur, mənfi emosiyalar yaranır. Lakin narahat olmağa dəyməz. Həyat tonusunu geri qaytarmaq çətin deyil.

 

1. Günəş şüası

Bəzən
gərgin və ağır iş qrafikimiz olmasa da, yorulur, süstləşir, yaxud
səbəbsiz yerə kədərlənirik. Bunun ən birinci səbəbi oksigen azlığıdır,
günəş işığının azlığı da öz sözünü deyir. Əgər bayırda günəş işıq
saçırsa, pərdələri açın. Gündüz işığı həyat eşqini artırıb müsbət
emosiyalar yaradacaq. Günəş şüası mənfi emosiyaların öhdəsindən gəlməyə
yardım edən sehrli qüvvədir.

 

2. Nizam-intizam

Özünüzü
yaxşı və gümrah hiss etmək üçün ilk növbədə gün ərzində görməli
olduğunuz işləri planlaşdırın. İşlərinizi nizam-intizama salın. Hər gün
eyni vaxtda yuxudan oyanıb eyni saatda yatın. Bu qayda həm istirahət,
həm də digər günlərə aiddir. Yatağa uzandıqdan sonra telefonla oynamaq
kimi pis vərdişləri tərgidin, yumşaq yatağa uzanan kimi yuxuya gedin.
Əgər siz gününüzü daha səmərəli keçirmək istəyirsinizsə, doyunca yatın.

 

3. Soyuq su ilə yuyunun

Bu
daha tez və möhkəm yuxuya getməyə kömək edəcək. Həmçinin, gözəl
ətirlər, sitrus və ya meşə bitkiləri vasitələri ilə qəbul edilən
kontrast (soyuq və isti duş) duş da bədənə qulluq üçün faydalıdır.

 

4. Təlim

Daha
sonra səhər idmanına başlayın. Məlumdur ki, hər bir fiziki hərəkət
endorfin və xoşbəxtlik hormonlarının ifrazına imkan yaradır. Məhz bu
səbəbdən, idmandan sonra özümüzü sakit və rahat hiss edirik.

 

5. Sevimli musiqi

Əhval-ruhiyyəni
qaldırmaq üçün sevdiyiniz musiqiləri dinləyin. Musiqi insanın mənəvi
aləmi, idrakı, düşüncəsi, həyat tərzi, dünyagörüşü, hətta zövqünü özündə
əks etdirən ali qüvvədir. Musiqinin fəlsəfəsi insanın mənəvi aləmini
özündə göstərməsidir.

 

6. Balanslaşdırılmış səhər yeməyi

Hər
gün balanslaşdırılmış səhər yeməyi hazırlayın. Dadlı və faydalı
məhsullar seçin: kəsmik, yulaf sıyığı, qoz ləpəsi, yumurta, yağ-pendir.
Vitaminlər və bioloji aktiv əlavələr barədə unutmaq olmaz.

Yaxşı
olardı ki, qəhvəni yaşıl çayla əvəz edəsiniz. O, bədəni yaxşı
təmizləyir və bütün orqanizmi canlandırır. Əgər siz qara çay
xoşlayırsınızsa, onda ona bir çay qaşığı moruq, qarağat və bir dilim
limon əlavə edin. Bu, nəinki sizi enerji ilə təmin edəcək, hətta
immunitetin möhkəmlənməsinə səbəb olacaq. Əsas yemək saatlarından sonra
arada meyvə yeyin.

 

7. Bitki çayları

Vitaminlərdən
əlavə, bitki çayları da həyat qüvvəsini bərpa edir. Məsələn, itburnu,
yemişan, kəklikotu, biyan, gicitkən, akasiya yarpağı, yonca,
çobanyastığı kimi bitkilər şəfaverici təsiri ilə tanınır.

Hazırlanması:

Bir
litr suya bu otların hər birindən bir çay qaşığı olmaqla əlavə edin.
Dəmlənməsi üçün  3 saat gözləyin. Bu çayı gün ərzində 2-3 dəfə 1 stəkan
içmək tövsiyə olunur. Lakin 14 gündən artıq içmək olmaz.

 

8. Pozitiv notlara köklənin

Problemlərə
psixoloji  nöqteyi-nəzərdən baxsaq, sadə bir şeyi anlamaq olar: Sizi
bir-birinin ardınca uğursuzluqlar izləsə, hətta bütün dünya sizə qarşı
çıxsa belə, ruhdan düşmək olmaz. Əhvalı qaldırmaq üçün ən gözəl
paltarlarınızı geyinin, bəzənib-düzənin.

 

9. Təmiz havada gəzinti

İdmana
getməyə vaxtınız olmasa belə, gündə ən azı 30 dəqiqənizi piyada
gəzintilərə həsr edin. Bunu vərdiş halına gətirin. Belə dərslər ancaq
bədəni deyil, ruhu möhkəmləndirməyə də kömək edir.

 

10. Spa-prosedurları

Dincəlmək
üçün həftədə bir dəfə hamam və ya saunaya getməlisiniz. Heç olmasa,
evdə özünüz üçün efir yağları əlavə olunmuş vanna qəbul edin. Əgər sizi
ağrılarınız narahat edirsə, masaj xidmətindən istifadə edin.

 

11. Asudə vaxt

Özünüzə
vaxt ayırın. Asudə vaxtınız özünüzü yanında yaxşı hiss etdiyiniz
yaxınlarınız və doğmalarınızla birlikdə keçirə bilərsiniz. Yaxud
konsert, sərgi və ya kinoteatrlara gedə bilərsiniz. İstənilən halda,
əhatənizə müsbət enerji ötürən insanlar toplayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!