Yorğun ayaqları necə rahatlaşdırmaq olar?

Yorğun ayaqları necə rahatlaşdırmaq olar?
Faydalı məsləhətlər
10.09.2017 13
Vücudun bütün ağırlığı ayaqlara düşür. Təəssüflər olsun ki, ən az baxım edilən də elə ayaqlardır. 



Üzümüzə
makiyaj edib gözəlləşdiyimizi düşünürük lakin ayaqları sonuncu plana
atırıq. Halbuki, yorğun ayaqlarla sağlam və gümrah görünmək olmur.
Ayaqlara qulluq edilmədiyi halda şişlər yaranır, topuqlarda çatlar və
müxtəlif infeksiyalar əmələ gəlir. Nəticədə isə dəri problemi ilə
qarşı-qarşıya gələ bilərsiniz. 



Hər gecə ayaqlara masaj edin 

Bu
ayaqları dincəldir və yumşaq olmasını da təmin edir. Qışda ilıq yağla
birlikdə küncüt yağı ya da xardal yağından istifadə etmək olar. İsti
aylarda isə hind və zeytun yağı ilə rahatlaşdırıcı təsir yarada
bilərsiniz. 



Ayaqqabılar
çox dar olduğu, ya da tam oturmadığı zaman yaralar əmələ gəlir. Sümük
hissə basılır və qan dövranının dayanmasına gətirib çıxarır. Onları
sağaltmaq mümkündür. Çobanyastığı suyunu və ya əncir yarpaqlarının
südünü yaralar olan hissəyə çəkin. Gecə boyu yaranın üstündə qalması
üçün corab geyinin. 



Sərt,
tozlu və ya düz yerdə ayaqyalın gəzməkdən topuqlarda çatlar əmələ
gəlir. Bu problemi də təbii yolla aradan qaldırmaq olar. Küncüt yağını
və ya zeytun yağı ilə limonu qarışdırın və topuqlara çəkin. Ayaqlarınız
dincəlib rahatlaşacaq. Küncüt yağı bu problemin həlli üçün olduqca
faydalıdır. 



1
litr suda 4 xörək qaşığı çobanyastığı və 1 ədəd limonun suyunu
qarışdırın. Bu qarışığı qaynatdıqdan sonra soyumasını gözləyin.
Ayaqlarınıza sürdtüyünüz zaman ayaqlarınızın rahatladığınızı hiss edəcək
və şişlər keçəçək.



5
yemək qaşığı qədər küncüt yağı ilə 4 damcı qərənfil yağını qarışdırın.
Ayaqlarınızı masaj edərək sürtün. Bu qarışığı bir qab içərisində
saxlayaraq davamlı olaraq istifadə edə bilərsiniz.



Başqa
bir alternativ də var. 1 çay qaşığı mango suyu və 1 yemək qaşığı suyu
qarışdırın və çatlamış dəriyə çəkin. Bunu da gecə yatmazdan əvvəl çəkmək
məsləhət görülür. Əgər ayaqlardakı şişlər və dırnaq batması kimi
problemlər varsa, həkimə gedin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!