Yaddaşınıza zərər verən vərdişlər

Yaddaşınıza zərər verən vərdişlər
Faydalı məsləhətlər
10.09.2017 37
Qadınlar.biz  yaddaşınızın zəifləməsinə səbəb olan bir neçə kiçik detalı təqdim edir:



1. Yuxunuzu ala bilməmək:

Bütün
gecə yataqda döndükdən sonra hamımız bir az yuxusuz qalırıq. Həftəsonu
yuxuya daha çox vaxt ayıracağınızı düşünərək ya da bir neçə qəhvə içərək
bu təsirdən xilas ola biləcəyinizi düşünsəniz də yuxusuzluq uzun müddət
yaddaşınıza ciddi mənada təsir edir.

Bəzi
araşdırmalara görə yatdığınız sırada beyninizin xatirələri və gündəlik
hadisələri toplayan qisimi bu xatirələri uzun və davamlı yaddaşa
keçirməyə başlayır.

Bu
ilin əvvəllərində aparılan bir araşdırma isə, yuxu çatışmazlığının səhv
xatirələr meydana gəlməsinə və adamın başını qarışdırmasına səbəb
olduğunu ortaya qoyub.



2. Həddindən çox fotoşəkil çəkmək:

İnstagram
ya da digər ictimai media kanalları üçün şəkil çəkmədiyimiz və
yoldaşlarımızla paylaşmadığımız günlər yox deyiləcək qədər azdır. Bu
fotoşəkillərin xatirələri yığmağa yaradığını söyləyərik amma həqiqətən
elədirmi?

Ən
son xoşlandığınız bir şeyə bir kamera linzaları istifadə etmədən,
yalnız gözlərinizlə nə zaman baxdınız? Fairfield Universitetinin keçən
il nəşr etdiyi bir araşdırmaya görə obyektlərin fotoşəkillərini çəkən
insanlar, sadəcə baxan insanlara görə detalları xatırlamaqda daha çox
çətinlik çəkirlər. Bu nəticə bizə beyinin detalları və xatirələri necə
tutduğunu və işlədiyini göstərir.



3. Daha çox stress altında olmaq:

Təzyiq
altında olduğunuz zaman bədəniniz kortizol deyilən bir hormon ifraz
edir. Bu hormon kilo alışı, yüksək qan təzyiqi, ürək xəstəliyi və yaddaş
itkisi kimi xəstəliklərlə əlaqələndirilir. Iowa Universitetində edilən
bir araşdırmaya görə həddindən artıq stress, beyindəki ünsiyyəti qoparır
və yaddaşlarımızın işlənməsinə mane olur.



4. Həddindən artıq spirt istehlakı:

Birləşmiş
Krallıqda edilən bir araşdırmaya görə orta yaşlarda qazanılan həddindən
artıq spirt istehlakı vərdişi, xatırlama gücümüzün zəifləməsinə səbəb
olur və irəli yaşlarda yaddaşınızı itirmək riskinizi ciddi mənada
yüksəldir.

Araşdırmaçılar
orta yaşlardakı kişilərin 10 illik spirt istehlak vərdişlərini, spirt
istifadə etməyən və ya çox az istifadə edən kişilər ilə müqayisə etmiş
və yaddaş itkisi dərəcələrinin spirt istehlakıyla doğru nisbətdə
yüksəldiyini ortaya qoymuşdur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!