Bu yazıdan sonra soğanı sevəcəksiniz

Bu yazıdan sonra soğanı sevəcəksiniz
Faydalı məsləhətlər
10.09.2017 34
Soğanın insan orqanizminə faydaları az deyil.



Soğan bir sıra terapevtik və antibakterial özəlliklərə malikdir. Bu
özəlliklər sayəsində o, orqanizmi zəhərli maddələrdən təmizləyə, hətta
bəzən müxtəlif xəstəliklərdən qoruya bilər.

Səhiyyə sahəsində çalışan ekspertlər soğanın faydalı cəhətlərini
nəzərə almağa çağırırlar. Soğanın tərkibində 100-dən çox kükürd
birləşmələri var. Bunlar tək bizə məlum olan qoxuya məsul deyil, həm də
müxtəlif xəstəliklərin müalicəsi və profilaktikasında intoksikasiya üçün
əla vasitə ola bilər.



Aşağıdakı xəstəliklərdə soğan yaxşı profilaktik vasitə kimi istifadə edilə bilər:

Astma

Soğanın tərkibindəki komponentlərdən biri antihistamin təsiri
göstərir. Onun sayəsində soğanı iltihab əleyhinə vasitə kimi də istifadə
etmək olar. Laboratoriya sınaqları göstərib ki, soğanın tərkibindəki
kvertsetin maddəsi orqanizmi allergiyaya səbəb olan histaminlərin
ifrazından qoruyur.



Xərçəng

Soğanın sarıköklə birlikdə qəbulu xərçəngin yaranmasının qarşısını
ala bilər. 2006-cı ildə aparılmış araşdırmaların nəticəsində məlum olub
ki, onların birgə təsiri xərçəngdən əvvəlki hissəciklərin sayını
azaldır.



Şəkərli diabet

Soğanın tərkibində olan əsas efir yağları - allilpropildisulfid
birləşməsi orqanizmdə insulin istehsalını stimullaşdırır və qanda
şəkərin miqdarını azaldır.



Ürək xəstəlikləri

Adətən orqanizm üçün faydalı qidalar haqda danışarkən soğan yadımıza
düşmür. Ancaq 2007-ci ildə aparılmış araşdırma göstərdi ki, bu tərəvəzin
tərkibindəki maddələr qan təzyiqini normaya salır, nəticədə isə ürəyin
sağlam qalmasını təmin edir. Soğan ürək üçün qırmızı şərabdan daha
faydalıdır.



Dişlərin dağılması

Çiy soğan dişlərin sağlamlığı üçün də faydalıdır. Əgər siz gün
ərzində 2-3 dəqiqə çiy soğan çeynəsəniz, ağız boşluğundakı bütün zərərli
bakteriyalardan xilas ola bilərsiniz.

Gün ərzində bir baş soğan yemək isə dişlərinizi daha da sağlam edər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!