Gülabın tərkibi və hazırlanması qaydası

Gülabın tərkibi və hazırlanması qaydası
Faydalı məsləhətlər
10.09.2017 13
Gülab
- Azərbaycanda qida məhsullarının hazırlanmasında (əsasən içkilərin və
müxtəlif xörəklərin), toy və ziyafət məclislərində, qonaq qəbul
edildikdə, isti günlərdə müxtəlif içkilərə qatılaraq susuzluğu yatırmaq
üçün içilir.



Ümumi məlumat

Gülab
ayrıca içilən içki deyildir. Ondan yeyilən və içilən qidaların ətirli
olması üçün istifadə edilir. Dörd kiloqram qızılgüldən altı litr əla
keyfiyyətli gülab alınır.



Tərkibi

Bu içkidən 6 litrt hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:

Qızılgül ləçəyi – 4 kq, su – 6 litrdən çox.



Hazırlanma qaydası

Gülab
çəkməkdən ötrü qızılgülü dərib, adi mis qazanın içərisinə yığır və
gülün üst səthindən azacıq yuxarı qalxmaq şərtilə su tökürlər. Qazan
ocağın üstünə qoyulur. Sonra qazanın ağzına gildən və ya misdən
hazırlanmış əngənək adlanan qabı çevirib kip bərkidilir. Boş qalan yer
səliqə ilə xəmirlənir. Bundan sonra əngənəyin böyründəki deşiyə,
təxminən 1-1,5 metr uzunluğunda qamış (plasmas və ya xüsusi metal boru)
taxılır. Qamışın (plasmas və ya xüsusi metal borunun) o biri başı isə
soyuq suyun içərisinə qoyulmuş güyümün ağzına taxılır və ağacdan
qayrılan "top" adlanan əşyanın deşiyinə bənd edilir. Bu əməliyyat
qurtarandan sonra qazanın altı yandırılır və qızılgül qaynadılır.
Beləliklə, qaynamaqda olan suyun buxarı əngəyinin və topun deşiyinə bənd
edilmiş qamışın içərisindən keçərək güyümün içərisinə dolur və burada
güyümün soyuq divarlarına toxunaraq gülaba çevrilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!