Nəfsiniz bu 3 qidanı çəkirsə... – Xəstəliklərin əlamətləri

Nəfsiniz bu 3 qidanı çəkirsə... – Xəstəliklərin əlamətləri
Faydalı məsləhətlər
10.09.2017 13
Alimlər orqanizmin qida tələblərinə fikir verərək bir sıra xəstəlikləri öncədən müəyyənləşdirməyin mümkün olduğunu bildirir.

 

Amerikada
bestsellerə çevrilən "The plant ­ powered life” adlı kitabın müəllifi
Şaron Palmer da nəfsimizin çəkdiyi qidalara görə, xəstəlik risklərini
müəyyənləşdirə biləcəyimizi deyir.

 

1.Su

Mütəmadi
olaraq susamaq, sudan doya bilməmək şəkər xəstəliyinin əlaməti ola
bilər. Susuzluqdan əziyyət çəkirsinizsə, dərhal həkimə müraciət edin.
Ola bilsin ki, sizdə şəkər xəstəliyi var. Unutmayın ki, erkən diaqnoz
bütün xəstəliklərin müalicəsində əhəmiyyət daşıyır.

 

2.Duz

Həddən
artıq duzlu qidalara meyl etmək Addison xəstəliyinin əlaməti ola bilər.
Bu xəstəlik böyrəküstü vəzlərinin kifayət qədər hormon istehsal edə
bilməməsi nəticəsində yaranır. Addison xəstəliyi müalicə edilməzsə,
təzyiq ani şəkildə düşə bilər. Bu isə ölüm təhlükəsi deməkdir.

 

3. Buz

Buz,
kağız, gil və torpaq kimi qida dəyəri olmayan maddələrə qarşı olan
istək dəmir çatışmazlığından yaranır. Araşdırmalar göstərib ki, buz
çeynəmək beyinə gedən qan miqdarını artıraraq dəmir çatışmazlığından
yaranan halsızlıq halının qarşısını alır. Bu səbəbdən, dəmir
çatışmazlığı olan insanların nəfsi buz çəkir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!