Balığın təzə olduğunu bilmək üçün

Balığın təzə olduğunu bilmək üçün
Faydalı məsləhətlər
10.09.2017 7
Deyirlər
hansı ayın adında "R” hərfi varsa, deməli balığın sezonudur,
arın-arxayın yemək olar. Ancaq bu o demək deyil ki, həmin o "R”  səni
müxtəlif təhlükələrdən sığortalayır. İlin istənilən fəslində, hətta
qışın oğlan çağında belə aldığın, yediyin balığın köhnə və ya təzəliyinə
fikir verməlisən. Nəzərə alsaq ki, digər sahələrdə olduğu kimi, bu
sahədə də işbazlar var ki, insan həyatı ilə oynayarlar, bu zaman çox
diqqətli olmalıyıq. Odur ki, gəlin bir yerdə öyrənək- balığın təzə
olduğunu necə bilmək olur?  

Ayrı-ayrı
fərdləri çıxmaq şərti ilə, ümumilikdə bizdə digər ölkələrlə müqayisədə
balığa olan maraq o qədər də böyük deyil. Məsələn, Türkiyədə balığ
ətrafında maraqlı bir mədəniyyət formalaşıb. Hətta o səviyyədə ki,
insanlar hansısa bir gününü məxsusi olaraq balıq və balıq məhsulları
yeməyə ayırırlar. Hətta belə bir deyim də var - "İstanbula gəlib əkmək
arası balıq yemədinsə, demək ki, bu şəhərə gəlməmisən...” Bu ölkədə
balıqla bağlı xeyli sayda zərbi-məsəllər var. Bizdə isə hələ də,  3 arzu
yerinə yetirən qızıl balığa ümid edirlər... Xülasə... gəlin soruşaq görək, təzə tutulmuş və ya alınmış balığı neçə gün saxlamaq olar?

Elə
bu an, kənarda durub bizə qulaq asan  digər balıqçı, söhbətimizə
müdaxilə edərək, həmkarı ilə razılaşmır. Deyir, balığı illərlə də
saxlamq olar.

Sujetimizin
əvvəlində, bu sahədə də  işbazların mövcud olduğuna toxunmuşduq. Balığa
edilən kənar müdaxilə, birbaşa insan həyatına təsir edən amillərdəndir.
Ancaq buna baxmayaraq, pul xatirinə bu dəyərləri heçə sayan bəzi
adamlar ən kəskin addımlardan belə çəkinmirlər.

Nəticədə,
balığın başına gətirilən oyundan bixəbər olan insanlarda yeməkdən bir
neçə saat sonra müxtəlif formada dəyişikliklər, halsızlıqlar və
ürəkbulanma halları baş verir.

Odur
ki, balıq və balıq məhsullarının qəbulundan bir müddət sonra hətta
xırda dəyişikliklər belə hiss etsəniz,  dərhal həkimə müraciət
etməlisiniz. Əks halda, qanın tərkibinə müdaxilə edən zəhərli maddələr
insan həyatı üçün ciddi təhlükəyə çevrilə bilər. 

İstəməzdik
ki, toxunduğumuz bu mövzu sizi balıqdan bir qədər də uzaqlaşdırsın,
Balıq insan orqanizmi üçün çox vacib qida növlərindən biri hesab olunur.
Kalorisi az, bu baxımdan da yüngül hesab olunan bu qida məhsulunun
gözün görmə qabiliyyətindən tutmuş digər sahələrə də müsbət təsiri
danılmazdır. Odur ki, balığı mütləq qida rasionunuzdan əskik etməyin.
Sadəcə, onu alarkən köhnə olub-olmadığına ciddi şəkildə fikir verin.

Yeri
gəlmişkən, nə vaxtsa məşhur nağıldaki o qızıl balığı tutsanız, 3
arzunun ikisini özünüzə, birini  balıq işbazlarının insafına xərcləyin.
Əks halda göydən 3 alma gözləməyin...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!