Zeytun yağı alanda bunlara diqqət yetirin

Zeytun yağı alanda bunlara diqqət yetirin
Faydalı məsləhətlər
10.09.2017 12
Zeytun
yağı sağlam qida məhsulu kimi bütün dünyada geniş istifadə olunur. Bu
yağın faydalarından bəhrələnmək üçün ən əsas şərtlərdən biri onu alarkən
seçimi düzgün etməkdir.

Hazırda satışda müxtəlif növlərdə zeytun yağları təqdim olunur. Bəs zeytun yağı alarkən nələrə diqqət yetirilməlidir?

Üzərinə "Virgin” yazılmış
zeytun yağı fiziki üsulla sıxılan, ən yaxşı və ən təbii, çiy halda
istifadə edilən məhsul sayılır. Bu yağ salatların, sousların, yeməklərin
üzərinə əlavə etmək üçündür.

Üzərinə "Extra
virgin” yazılan zeytun yağı "Virgin” kateqoriyasına aid olan ən
keyfiyyətli yağdır. Bu yağ maksimum 27 dərəcə temperaturda alınır.
Turşuluq dərəcəsi 1 faiz təşkil edir. Bu yağ da çiy halda istifadə
edilmək üçündür.

Üzərinə "Refinado” yazılmış
zeytun yağı rafinə edilmiş, saflaşdırılmış məhsuldur. Bu yağların
sənaye emalı vasitəsi ilə dad keyfiyyətləri yaxşılaşdırılır,  ləzzəti
artırılır və turşuluq nisbəti aşağı salınır. Rafinə zeytun yağı
xörəkləri bişirmək, qızartmaq üçündür.

Əgər
zeytun yağını xörək hazırlamaq üçün alırsınızsa rafinə edilmiş zeytun
yağını seçmək məsləhətdir. Onun yanma temperaturu 240-270 dərəcədir. Çiy
istifadə üçün isə "Virgin” kateqoriyasından olan yağlara üstünlük
verilməlidir.

Hər iki halda zeytun yağının orqanizm üçün faydaları saysız-hesabsızdır. Bu yağın cəmisi 10 faydasını saymaq kifayətdir: 



1. Zeytun yağı insanı orqnizmdə müxtəlif xəstəliklər yarada biləcək zərərli maddələrdən xilas edir.

2. Öz zəngin tərkibinə görə zeytun yağı güşlü antioksidantdır.

3.
Ürək, qan-damar xəstəlikləri üçün olduqca faydalı sayılan zeytun yağı,
həm də qan təzyiqini normallaşdırır. Məlum olduğu kimi xolestrol ürək,
qan-damar xəstəliklərinin yaranmasına səbəb olur. Zeytun yağındakı yağ
turşuları doymamış yağ olduğuna görə onda xolestrol olmur. Buna görə o
qandakı xolestrolu artırmamaqla yanaşı həm də onu tənzimləyir.

4. Cinsi fəallığın artırılmasında zeytun yağı ən yaxşı təbii vasitədir

5. Xərçəng xəstəliklərinin profilaktikası üçün zeytun yağı xeyirlidir.

6. Zeytun yağının tərkibindəki E, A, D və K vitaminləri uşaqların və yeniyetmələrin sümüyünün inkişafına müsbət təsir göstərir.

7.
Böyrəklərdə yaranan xırda daşlardan qurtulmaq üçün zeytun yağı olduqca
faydalıdır. Bunun üçün zeytun yağını isti su ilə qarışdırıb qəbul etmək
lazımdır.

8. Zeytun yağı həzm prosesini yaxşılaşdırır, mədə və bağırsaqların fəaliyyətini gücləndirir, mədə turşuluğunu azaldır.

9. E vitamini ilə zəngin olduğuna görə dərini təravətli saxlayır, vaxtsız qırışların yaranmasına mane olur.

10. Zeytun yağının ən faydalı xüsusiyyətlərindən biri qaraciyərin fəaliyyətinə müsbət təsiridir.



Zeytun
yağı alarkən istifadənizə uyğun seçiminizi doğru edin və sağlamlığınızı
bu faydalı qida məhsuluna etibar etməkdən çəkinməyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!