Səhər durmaqda çətinlik çəkənlərə faydalı tövsiyələr

Səhər durmaqda çətinlik çəkənlərə faydalı tövsiyələr
Faydalı məsləhətlər
10.09.2017 21
Soyuqda oyanmaq
onsuz da səhərlər çətin oyananlar üçün əməlli-başlı əzaba çevrilir.
Bunun üçün də sizə səhər durmaqda kömək olacaq bəzi tövsiyələr
hazırlamışıq. Ayıq-sayıq olun!

– Nahar fasiləsində gəzintiyə
çıxın. Ümumiyyətlə təmiz havada mümkün qədər çox gəzin. Bununla siz
sağlam yuxu və asan oyanmağınız üçün zəmin yaratmış olursunuz.

– Qaçışı və ya fitnesi axşama keçirin. Səhər qaçışlarını bahara qədər
dayandırın. Qışda bununla axşamlar məşğul olmağa çalışın.

– Saat 20:00-dan sonra
televizora baxmamağa çalışın. Elektron ekranlardan çıxan mavi işığın
təsiri melatonin hormonunun yaranmasının qaşısını alır. Bu isə yaxşı
yuxu üçün çox vacib olan hormondur.

– Yatmamışdan əvvəl şam və ya aromalampa yandırın. Düzgün seçilmiş
yağlar sizdə yaxşı yuxu yarada vilər. Lakin yatmamışdan əvvəl şamı
söndürməyi unutmayın.

– Yatmamışdan qabaq özünüzə
səhər yeməyində nəsə dadlı bir şey yeyəcəyinizlə bağlı söz verin.
Gecələr isə yeməyin. Səhər siz yüngül aclıq hissiylə oyanacaqsınız. Nəsə
dadlı bir şey yemək düşüncəsi də tez yerinizdən qalxmağınıza səbəb
olacaq.

– Yatmaq istəyirsinizsə yatmağa çalışın. Hətta çox tez olduğunu
düşünsəniz də, bunu edin. Bir-iki saat əlavə yuxu sizi səhər daha gümrah
hiss etdirə bilər.

– Pəncərəni açıq qoyaraq yatmağa çalışın. Bunu etdikdən sonra, daha rahat və gümrah yuxunuz olacaq.

– Zəngli saatı çarpayınızdan uzağa qoyun. Qapının arxasına və ya
otağın uzaq küncünə qoyun ki, zəng çalan kimi onu tezbazar söndürüb,
yenidən yatmaq imkanınız olmasın.

– Xoş musiqi sədaları altında oyanın. Qıcıqlandıran və qulaqbatıran melodiyalarla oyanmaq məcburiyyətində deyilsiniz.

– Səhər duran kimi bir neçə dəfə dərindən nəfəs alıb-verin.

– Qarşınıza böyük hədəflər qoyun. Belə olduqda, səhərlər durmaq üçün böyük motivasiya hiss etmiş olacaqsınız.

– Duran kimi bacardığınız qədər tez işığı yandırın. Bu sizi yuxu hiss
etdirən melotoninin yaranmasının qarşısını alır. İşıq oyanmağınıza kömək
olacaq.

– Səhər yeməyindən əvvəl
mütləq su için. Bu çox sadə, lakin olduqca effektiv metoddur. Bu sadəcə
oyanmağınıza deyil, həm də maddələr mübadilənizin yaxşılaşmasına kömək
edəcəkdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!