Arıqlamağa kömək edən qoxular

Arıqlamağa kömək edən qoxular
Faydalı məsləhətlər
10.09.2017 40
Qadınlar arasında artıq çəki ilə mübarizə aparanların və üsulların sayı sürətlə artır.

Arıqlamağa çətinlik çəkən qadınlar üçün yaxşı xəbərimiz var. Sən demə,  yağlar arıqlamağa kömək edirmiş. 

Pəhriz
və idmanla yanaşı, yeni üsul təklif olunur. Belə ki, aromaterapiya bu
sahədə qadınlara kömək ola bilər. Bitkilərin möcüzəli köklərindən
düzəldilən yağlar olduqca faydalıdır. Onların bəziləri aclıq hissini
öldürür.

Əslində,
aromaterapiya ilə müalicə üsulunun tarixi çox qədimlərə gedib çıxır.
Hippokrat aroma yağları ilə masaj üsulundan geniş istifadə edirdi.
Aromaterapiya - bəsit mənada, tənəffüs sistemi, ya da dəriyə təmas
edərək fizioloji və psixoloji vəziyyəti yaxşılaşdırmaq üçün bitki
mənşəlli vasitələrin və uçucu yağların istifadəsi deməkdir.

Arıqladan
duş. Aromaterapiyanın ən məşhur üsullarından biri qoxulu yağlarla isti
vanna qəbul etməkdir. Bəs yaxşı hansı yağlar çəki atmağa kömək edir?

Sitrus
meyvələri uçucu yağları, ardıc yağı, selvi və razyana yağları
arıqlamağa kömək edir. Vannaya bu yağlardan birini əlavə edin. Sitrus
meyvələri arasında limon və portağal yağı arıqlamağa ən çox təsir
göstərən yağlardır. Maddələr mübadiləsinin yaxşılaşması  və sürətlənməsi
üçün paçuli, nanə və limon yağı əhəmiyyət daşıyır.

Kəskin qoxulu nanə

Nanə
tərkibli yağlar sadəcə, çəki atmağa yardım etmir, eyni zamanda, bütün
bədənə müsbət təsir göstərir. Belə ki, gündəlik keçirdiyiniz gərginliyi
və yorğunluğu üzərinizdən atır. Nanə və lavanda yağını qoxladığınız  və
alına masaj edildiyi zaman miqren ağrılarını aradan qaldırır, xoş
təəssürat buraxır. Qreyfurt, ətirşah və selvi sidik kisəsinə faydalı
olan yağlardır. Yasəmən qoxuları, çobanyastığı və lavanda yuxusuzluğu
aradan qaldırıb, sinirləri sakitləşdirir.

Tənəffüs terapiyası ilə iştahanı azaltma

Bu
qoxuları  buxar yolu ilə də "uda” bilərsiniz. Aromaterapiya yağları
istifadə etməyin başqa yolları da var. Onları buxar vasitəsilə qarışıq
olaraq istifadə edə bilərsiniz. Məsələn, darçın, vanil, yaşıl alma kimi
qarışıq yağlardan qaynadılmış suya bir neçə damcı əlavə edin. Daha sonra
həmin buxardan nəfəs alaraq iştahanızı azalda bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!