Mətbəxdəki bu əşya...

Mətbəxdəki bu əşya...
Faydalı məsləhətlər
10.09.2017 12
Aparılan araşdırmalar nəticəsində evin ən kirli əşyasının mətbəx süngəri olduğu ortaya çıxıb.

Heç
təxmin edə bilməyəcəyiniz yerlərdə və əşyalarda mikrob lazımından da
çox ola bilər. Mikrob, bakteriyalar hər yerdə var, görmürsünüz deyə
"yoxdur” anlamına gəlmir.

Hər
gün istifadə etdiyiniz dəsmallar, yataq örtüyünüz, əl dəsmallarınızda
belə, göbələk, bakteriya, allergik zərrəciklər var. Bunların böyük bir
qismi zərərli deyil, ancaq bəziləri sizi həqiqətən xəstə edə bilər.

Araşdırma
zamanı ən mikroblu əşyanın mətbəx süngəri olduğu müəyyənləşib. Hətta
zibil vedrəsindən də çox mikrobludur. Çünki bıçağınızdakı əti, tərəvəzi
təmizlədiyinizdə mətbəx süngəri bakteriyaların yaranması üçün daha çox
şərait yaradır. Bu bakteriyalar da çox tez yaranıb yayıla bilir.

Həm
süngərin öz materialı, həm də özünə çəkdiyi nəm bakteriyaların
yaranması üçün əlverişli şərait yaradır. Süngərlər kampilobakteriya, E
coli və listeriya kimi bir çox təhlükəli bakteriya növünü özündə
toplayır.

Bunlar
da dəri xəstəlikləri və bəzi problemlərə səbəb olur. Məsələn, 5 gün
boyunca kampilobakteriyaya məruz qalmaq həzm sistemində pozuntu, qusma,
qarın sancıları, qarın ağrısı, qızdırma, ürəkbulanma kimi problemlərə
səbəb olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!