Havaların soyuması ilə infeksion xəstəliklərin artma riski yüksəlir

Havaların soyuması ilə infeksion xəstəliklərin artma riski yüksəlir
Faydalı məsləhətlər
10.09.2017 15
Xüsusən də bağça və məktəb yaşlı uşaqlar arasında belə xəstəliklər sürətlə yayılır.



Mütəxəssislər
isə bildirirlər ki, bu yaş qruplarında yuxarı tənəffüs xəstəliklərinə
diqqət yetirmədikdə ağır fəsadlar törədə bilər.

Günəşli
havanı, soyuq külək və yağışlı hava şəraitinin əvəzləməsi infeksion
xəstəliklərin baş qaldırmasına səbəb olub.  Bu xəstəliklər hava damcı
yolu ilə yayıldığından məktəb və uşaq yaşlı uşaqlarda təmas yolu ilə
sürətlə yayılır. Bəzən valideynlərin bu xəstəliyə "qripdir, gəzə-gəzə
keçər” deyə yanaşması, belə uşaqları  kollektiv içərisinə buraxması 
onun daha geniş yayılmasına səbəb olur. 

Mütəxəssislər
bildirirlər ki,  belə xəstələr məktəb və ya bağçaya buraxılmamalı,
yataq rejiminə diqqət yetirilməli və bol maye qəbul etməlidirlər. Eyni
zamanda, tərkibində bol vitamin olan qidalar qəbul edilməlidir. Əks
halda xəstəlik bronxit, otit, sinusit, pnevmaniya kimi ağır fəsadlar
verə bilər.

Qeyd
edək ki, Səhiyyə Nazirliyi tərəfindən uşaqların icbari
dispanzerizasiyası ilə bağlı qərar qəbul edilib. Qərara əsasən,
azyaşlılar hər yaş dövrünə uyğun olaraq, mütamadi icbari
dispanzerizasiyadan keçirilməlidirlər. Bu, müxtəlif xəstəliklərin erkən
aşkarlanması və vaxtında müalicəsinə imkan verir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!