Sağlamlıqla bağlı problemlərin 5 simptomu

Sağlamlıqla bağlı problemlərin 5 simptomu
Faydalı məsləhətlər
10.09.2017 14
Bir sıra xəstəliklərin simptomları aşkar görünsə də, bizlər onu dərk edə
bilmirik. Londonlu ailə həkimi Deyo Femuboni sağlamlıq ilə bağlı bir
sıra problemləri sadalayıb.



1. Əgər ayağınız qaşınırsa

Əgər
ayağınız qaşınırsa, buna laqeyd qalmaq olmaz. Ola bilsin bu, göbələk
infeksiyasıdır. Öz pəncələrinizə, dabanınıza baxın, bəlkə həmişə nəm
çəkən səth və ağ rəngli dəri təbəqəsi var.

 

2. Əgər dəriniz qaşınırsa

Əgər
dərinizin istənilən yerində qaşınma sakitləşdirici krem yaxılmasından
sonra keçmirsə, bu qlütenə qarşı yüksək həssaslığın əlaməti ola bilər.
Ekspertlərin sözlərinə görə, qlüten xəstəliyi bağırsaqlara qidalı
maddələri sorulmasına imkan vermir. Bu da özünü dəridə biruzə verməklə
sonda bütün orqanizmə ciddi ziyan vurur. Qan analizi verməklə qlütenin
miqdarını təyin etmək mümkündür.

 

3. Əgər qəbizliyiniz varsa

Qəbizlik
adətən orqanizmdə su və lifli maddələrin çatışmazlığı ilə bağlıdır.
Təsadüfi deyil ki, mütəxəssislər həm sudan, həm də lifli maddədən daha
çox istifadə etməyi məsləhət edirlər. Yadda saxlayın ki, orqanizm üçün
həm həll olmayan (məsələn, buğda kəpəyi), həmçinin həll olunan qida
lifləri (yulav yarması və dənli paxlalılar) gərəkdir. Əgər, bundan sonra
qəbizlik keçmirsə, həkimə müraciət etmək lazımdır.



4. Əgər göz ətrafları qaralırsa

Göz
ətraflarının qaralması xroniki yuxusuzluğa görə deyil, bu allergiya
səbəbindən insanların burunlarını və gözlərini tez-tez silməyi və digər
xəstəliklərlə bağlı həyəcan təbili deməkdir.

 

5. Əgər saçlarınız tökülürsə

Qadınlarda
saçlar tökülürsə, bu dəmir çatışmazlığı, qalxanabənzər vəzin və
hormonal sistemin problemləri ilə bağlıdır. Əgər saçlar sürətlə
tökülürsə, həkimə müraciət olunmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!