Həşəratlara qarşı gözoxşayan təbii vasitə

Həşəratlara qarşı gözoxşayan təbii vasitə
Faydalı məsləhətlər
10.09.2017 16
Yay aylarının ən əsas problemlərindən biri də həşəratların narahatedici vızıltıları və dişləmələridir. 



Yay
axşamlarının açıq hava istirahətlərinə aramsız vızıltıları ilə mane
olan bu həşəratlarla mübarizə üçün kimyəvi dərmanlar yerinə təbii
vasitələrdən də istifadə etmək olar. Bu vasitəni öz əlinizlə çox
asanlıqla hazırlaya bilərsiniz. Əsas olan da odur ki, onun tərkibində
heç bir kimyəvi maddə yoxdur. 



Lazım olan məhsullar:

- 4 banka

- 40 damcı yağ (zövqə görə sidr, lavanda, limon, nanə, evkalipt)

- 2 limon və ya yaşıl limon

- 8 rozmarin (bibəriyə) və ya nanə zoğu

- su

- şam 



Hazırlanması:

1. İki rozmarin və ya nanə zoğunu bankaya yerləşdirin. 



2. Hər bankanı 3/4 qədər su ilə doldurun. 



3. Hər bankaya 10 damcı yağ əlavə edin. 



4. Doğranmamış meyvələri bankaya yerləşdirin. 



5. Su əlavə edin. Sonra bankalara şamları qoyun və yandırın. 



6. Mayeni 4-5 gündən dəyişin. 



Bu gözəl vasitə nəinki həşəratlardan qurtulmağa yardım edəcək, eyni zamanda yay terasında və ya mətbəxdə çox gözəl görünəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!