Keçmiş sevgilinizi unudun

Keçmiş sevgilinizi unudun
Faydalı məsləhətlər
10.09.2017 7
Keçmiş
sevgilini unutmaq elə də asan deyil. Xüsusilə də 18-24 yaş arasında
olanlar belə məsələlərdə çətinlik çəkirlər. Keçmiş sevgilinizi və ya
nişanlınızı unutmağınıza kömək edəcək bu 7 məsləhəti diqqətli oxuyun.

 

İmicinizi yeniləyin

Ayrılıq həyatın sonu demək deyil, əksinə həyatınızda yeniliklər olacağının işarəsidir.

Depressiyadan
çıxmaq və özünüzü daha yaxşı hiss etmək üçün görünüşünüzdə
dəyişikliklər edin. Saçınızı kəsdirin və ya rəngini dəyişdirin.



Dərdinizi bölüşün

Dərdləri
içinizə atımayın, probleminizi yaxın rəfiqələrinizlə bölüşün. Bu,
stressdən xilas olmağınıza kömək edəcək. Həm də onların məsləhətləri
yanlış addımlar atmağınıza mane olar.

 

Yeni biri ilə münasibət yaradın

Zamanınızın
çoxunu keçmiş sevgilinizi düşünərək keçirməyin. Bunun yerinə
əyləncələrə vaxt ayırın. Çölə çıxın, gəzin, yeni insanlarla tanış olun.
Yeni bir sevgili tapın demirik. Çünki ayrılıqdan dərhal sonra başqa biri
ilə münasibətə başlamaq düzgün deyil. Hələ buna hazır deyilsiniz. Belə
etsəniz bu dəfəki münasibətiniz qısa müddətli alına bilər. Sadəcə sizi
bəyənən insalarla əvvəlkindən daha səmimi olun, flirt edin, onları
tanımağa çalışın.

 

İstirahətə gedin

Büdcənizdən
pul ayırın və məzuniyyətə çıxın. Rahatlaşmaq və keçmiş sevgilinizi
unutmaq üçün ən yaxşı üsul istirahətə getmək, yeni yerlər kəşf etməkdir.

 

İdmanla məşğul olun

Ayrılığın
səbəb olduğu stressdən idman edərək xilas ola bilərsiniz. Bütün gün
yeyib, kökəlməkdənsə arıqlayıb ideal görüntüyə sahib olmaq özünüzə
güvəninizi artıracaq. Bu da özünüzü daha yaxşı hiss etməyinizə səbəb
olacaq. Əgər idman etməyi sevmirsizsə, yoqa ilə məşğul ola bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!