Yemək qoxusuna qarşı faydalı məsləhətlər

Yemək qoxusuna qarşı faydalı məsləhətlər
Faydalı məsləhətlər
10.09.2017 23
Qızartma yeməklər zamanı yağ qoxusunun təmizlənməsi üçün bir qaba sirkəli su tökərək 10 dəqiqə qaynadın. 

Kiçik
bir qazan suya bir neçə dəfnə yarpağını atıb qaynadın və ağzıaçıq bir
şəkildə soyumasını gözləyin. Bu, mətbəxdəki qoxunun aradan
qaldırılmasına effektiv təsir göstərəcəkdir. 

Əgər
yemək yanmışsa və mətbəxdən yanıq qoxusu gəlirsə, tavaya bir paket
vanil töküb, vam odda qovura bilərsiniz. Bu, yanıq qoxusunu aradan
qaldırar və ətrafa vanil ətri saçar.

Vam odda kiçik bir tavada şəkərə bir çimdik darçın əlavə edərək qovursanız, yemək qoxularından azad ola bilərsiniz.

Qaynar
suyun içərisinə bir ədəd darçın çubuğu və yarım limon ataraq ağzıaçıq
şəkildə dəmlənməsini gözləyin, qızarma və yağ qoxularını aradan
qaldıracaqdır.

Yemək bişirərkən qaz sobasının yanında ətirli şam yandırmaq da yemək qoxusunun evə yayılmasının qarşısını alan vasitələrdəndir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!