Ömrü 3 dəfə uzatmağın sirri

Ömrü 3 dəfə uzatmağın sirri
Faydalı məsləhətlər
10.09.2017 4
Qocalan
hüceyrələrin orqanizmdən təmizlənməsi sağlamlığı nəzərəçarpacaq
dərəcədə yaxşılaşdırır, ömrü 3 dəfə uzadır. Üstəlik, bunun heç bir  əks
təsiri yoxdur.

Əslində, orqanizmdə hüceyrələr
xüsusi mexanizm ilə tənzimlənir. Orqanizm yaşlandıqca bu mexanizm daha
az səmərəli olur. Nəticədə müxtəlif orqan və toxumalarda ölmüş
hüceyrələr toplanır.  Hətta bölünməyə qadir hüceyrələr də qonşu
hüceyrələrdən zərər görür. Nəticədə xroniki iltihabi proseslər baş
verir. Zaman keçdikcə orqanizmdə hüceyrələrin bölünməsi zəifləyir və
tədricən dayanır.   

İmmun
sistemini gücləndirmək üçün tədqiqatçılar siçanlar üzərində təcrübə
aparıblar. Amerikalı alimlər AP20187  adlı preparat vasitəsi ilə
siçanlarda qocalmış hüceyrələri təmizləyiblər. Yarım ildən sonra məlum
olub ki, siçanlar daha sağlam olub. Belə ki, onların böyrəkləri daha
yaxşı işləyib, ürək döyüntüləri normallaşıb. Dəyişiklik onların
davranışında da öz əksini tapıb. Belə ki, siçanlar daha cəsarətli və şən
olublar. Amma alimləri ən çox başqa məqam heyrətləndirib. Belə ki,
siçanların ömrü 17-35 faiz uzanıb.

Təcrübələr
genetik modifikasiyası olan və preparatların təsirinə həssas olan
heyvanlar üzərində keçirilib. Heç bir əks təsirin  olmaması alimləri
kliniki sınaqlara başlamağa və analoji təcrübəni insan üzərində də
aparmağa sövq edib.

Qeyd edək ki, bu uğurlu eksperiment barədə məlumat "Nature” jurnalında dərc olunub.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!