Erkən oyanmağın 5 faydası

Erkən oyanmağın 5 faydası
Faydalı məsləhətlər
10.09.2017 4
Aparılan araşdırmalar sübut edib ki, yuxudan erkən saatlarda oyanmaq insan səhhətinə yaxşı təsir edir.

Alimlərin iddiasına görə, bunun həm mənəvi, həm də fiziki baxımdan faydalarını sadalamaqla bitməz.



Erkən oyananlar daha enerjili olurlar

Gec
yatıb səhər oyana bilməyənlər gün boyu özlərini yorğun hiss edirlər. Bu
isə həm iş həyatına, həm də şəxsi həyata mənfi təsir edir. Belə
insanlar vaxtı düzgün bölə bilmədikləri üçün dostları ilə görüşləri,
əyləncələri qaçırırlar.

 

Erkən oyananlar özünü xoşbəxt hiss edir

Erkən
qalxanlar özlərini daha xoşbəxt hiss edirlər. Alimlər bunu səhər
saatlarında havada ionların çox olması ilə əlaqələndirirlər.

 

Depressiya riski azalır

Erkən
oyananların depressiyaya düşmək riski olduqca azdır. Bunun səbəbi gec
yatıb gec oyananlardan fərqli olaraq özlərini daha enerjili və xoşbəxt
hiss etmələridir.

 

Sağlam qidalanmağa sövq edir

Araşdırmalar
göstərib ki, gecə gec yatıb səhər oyanmaqda çətinlik çəkənlər yeməyə
meyilli olurlar. Belə insanlar gün ərzində fast-food və şirniyyat yeməyə
üstünlük verirlər. Tez yatıb erkən oyananlar isə özlərini gün boyu
enerjili və tox hiss edirlər. Ona görə də meyvə-tərəvəz kimi sağlam
qidalara üstünlük verirlər.



Nikbin

Araşdırmalar göstərib ki, səhərlər erkən oyananlar daha nikbin
olurlar. Onlar çətinliklərlə üzləşsələr də, əsla yollarından dönmürlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!