Soyuq su ilə duş

Soyuq su ilə duş
Faydalı məsləhətlər
10.09.2017 7
İlk eşitdiyiniz zaman içinizdən titrətmə keçə bilər, amma soyuq duş qəbul etməyin faydaları olduqca çoxdur.

 

İmmunitet sistemini gücləndirir

Soyuq
su ilə duş qəbul etməyin immunitet sistemini gücləndirdiyini göstərən
saysız araşdırmalar mövcuddur. Soyuq su titrəməyə səbəb olduğu üçün
metabolik sürəti artırır və immunitet sistemini aktivləşdirir.

 

Arıqladır

Bədəniniz
soyuğa məruz qaldıqda isinmək üçün daha çox enerji istehsal etməsi
lazım gəlir. Nəticədə də isinməyə çalışarkən daha çox yağ əridir və
arıqlamağa yardımçı olur.

 

Qan dövranını sürətləndirir

Soyuq
su ilə duş qəbul edənlərin qan dövranının daha sürətli olduğu qeyd
edilir. Soyuq su qan axınını həyati orqanlara yönləndirir və bədənin
daha effektiv şəkildə qan dövranını təmin edir.

 

Depressiyaya qarşı təsirlidir

Soyuq
suyun depressiyanın simptomlarını azaltdığı müəyyən edilib. Depressiv
zamanlarda soyuq suyun altında bir müddət dayanmağın insanın özünü daha
yaxşı hiss etməsinə səbəb olduğu aşkar olunub.

 

Dəri və saçların parıldamasını təmin edir

Soyuq
su açıq məsamələrin daralmasını təmin edir. Bu sayədə də daha sağlam və
parlaq bir dəriyə sahib olursunuz. Həmçinin soyuq su ilə duş qəbul
edənlərin saçlarının daha parlaq göründüyü qeyd edilir.

 

Testesteron səviyyəsini arttırır

Soyuq duş qəbul edən kişilərdə testesteron səviyyəsinin daha yüksək olduğu məlum olub.

 

Spermanın keyfiyyətini yüksəldir

İsti
su və isti mühit spermanın keyfiyyətini azaldır. Övlad sahibi olmaq
istəyirsinizsə, soyuq duş qəbul etməyiniz məsləhət görülür.

 

Daha keyfiyyətli yuxunu təmin edir

Yuxu
problemi olanlara soyuq duş qəbul etmələri tövsiyə olunur. Çünki soyuq
suyun səbəb olduğu şokdan sonra bədən rahatlayır və yuxuya getməkdə
çətinlik çəkmək kimi problemlər aradan qalxır.

 

Nəfəs alıb-verilməsini nizamlayır

Soyuq
suya məruz qaldıqda daha dərin nəfəs alma ehtiyacı hiss edirsiniz.
Bunun sayəsində ağciyərləriniz açılır və bu da daha çox oksigen qəbul
edilməsini təmin edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!