Özünüzə yatırım etməyiniz üçün 7 səbəb

Özünüzə yatırım etməyiniz üçün 7 səbəb
Faydalı məsləhətlər
10.09.2017 37
Ən yaxşı yatırım özünüzün inkişafı üçün etdiyiniz yatırımdır. Həyatın
istənilən sahəsində rəqabətlə üzləşəcəyinizi nəzərə alaraq, həmin sahə
üzrə daha üstün olduğunuzu bilik və bacarıqlarınız ilə nümayiş
etdirməlisiniz. Dəyişən dövrün zəruri olan tələbi də şəxsi inkişafı, iş
həyatında öz bacarlıqlarını inkişaf etdirməkdir. Qədimdən
işəgötürənlərin istiqamət verdiyi tədris və ya maliyyə investisiyalarını
artıq insanlar özləri idarə edir. Bir sözlə, indiki dövrdə güclü və
yaradıcı olanlar qazanır.

 

Sıfır Risk

Özünüzə yatırım etməyin hər zaman faydası var ki, riski yoxdur. Bu
tenderdə uduzan yalnız Sizin rəqiblərinizdir. Doğru insanlarla
qurduğunuz sağlam münasibətlər karyera pilləsində sağlam münasibət
qurmağınıza kömək olacaqdır.

 

Özünüzü Kəşf edəcəksiniz

İşə, güclü və zəif nöqtələrinizi ortaya qoymaqla başlayın. Hansı işlərdə
daha güclü və hansı işlərdə zəif olduğunuzu müəyyən edin. Bu günə kimi
əldə etdiyiniz uğurları və itkilərin siyahısını tərtib edərək, vəziyyəti
analiz edərək, özünüzü kəşf etməyin zövqünü yaşayın.

 

Uğur Tədris almaqla gəlir

Tədrisə sərf etdiyiniz enerji və pul vəsaitləri üçün heç zaman peşman
olmayacaqsınız. Bəs hansı tədris proqramları Sizə gəlir gətirə bilər?
Məsələn, bir tərəfdən öz işinizlə məşğul olarkən, digər tərəfdən də
yaxşı bir bazar iştirakçısı olmaq istəyirsinizsə, o zaman maliyyə
bazarları üzrə tədris proqramlarına yazılmağınız özünüzə edəcəyiniz ən
dəyərli yatırımdır.

 

Xoşbəxt olmaq haqqınızdır

Özünüzü xoşbəxt hiss etdiyiniz işlərlə məşğul olun və bu sahələr üzrə
mütəxəssisə çevrilməyə çalışın. Bacardığınız qədər kitab və jurnallar
oxuyun, yazı yazın və şəkil çəkmək kimi qabiliyyətlərinizi ortaya
çıxaracaq işlərə vaxt ayıraraq özünüzü hərtərəfli inkişaf etdirin. Kim
bilir, bəlkə daxilinizdə kəşf edilməyi gözləyən çox istedadlı bir yazıçı
və ya rəssam yaşayır.

 

Özünüzə dəyər verin

Mütəxəssislik zirvəsinə ucalan insanlar bu yolda irəliləyərkən nə qədər
əziyyət çəkdiklərini bir düşünün. Texnologiya sürətlə inkişaf etdiyi bir
dövrdə bütün məlumatlar əliniz altındadır. Yəni hər hansı bir sahə üzrə
mütəxəssis olmağınız Sizdən asılıdır. Odur ki, Sizə maraqlı olan
sahənin arxasınca gedib bu işi bütün incəliklərinə kimi öyrənməlsiniz.

 

Vaxtınızı dəyərləndirin

Hamıya bərabər şəkildə verilmiş zamanı ağılla istifadə edərək və
qabiliyyətlərinizi aşkara çıxaracaq investisiyalarla iş və karyera
həyatında ön sıralara keçərək öz gələcəyinizi özünüz təyin edirsiniz.
Edəcəyiniz ağıllı investisiyalarla vaxtınızı düzgün qiymətləndirərək
minimum enerji ilə maksimum fayda təmin edin.

 

İşinizin sahibi olun

Səhər 9-dan axşam saat 5-ə kimi işləmək məcburiyyətində deyilsiniz.
Xüsusilə də güclü analiz etmək qabiliyyətiniz varsa özünüzü bu çərçivəyə
salmayın. Ağıllı investisiyalar və iş imkanları ilə fərq yarada,
özünüzü və vaxtınızı Siz idarə edə bilərsiniz. Öz işinizin sahibi olmaq
haqqında düşününскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!