Baş gicəllənməsi olanlar diqqət!

Baş gicəllənməsi olanlar diqqət!
Faydalı məsləhətlər
10.09.2017 13
Tarazlıq
pozulması ilə özünü göstərən vertiqo (baş gicəllənməsi) hər yaşda
müşahidə edilə bilər. Hətta müalicə edilmədikdə xəstəni yatağa salacaq
vəziyyətə gətirib çıxara bilən narahatlıqdır. Gündə bir neçə dəfə
başınız gicəllənirsə və gündəlik ritminiz pozulursa, deməli, sizdə
başgicəllənməsi problemi var. Aile.lent.az türkiyəli həkim Kenan
Bıkıcının baş gicəllənməsi haqqında fikirlərini təqdim edir.

 

Vertiqo
ciddi qəbul olunub müalicə edilmədikdə iş və həyat tərzinə görülə
biləcək formada mənfi təsir edir. Vertiqoya səbəb olan xəstəliklərin
bəzi göstəriciləri var. Bunlar qulaq cingildəməsi, ürək bulanması,
qusma, tərləmə, görmə pozuntusu, eşitmə qabiliyyətinin itirilməsidir.
Əgər vertiqo hər hansı bir infeksion xəstəliklə əlaqədardırsa, qızdırma,
yüksək hərarət və hərarət də müşahidə edilə bilər. Həkim vertiqonun
xəstəlik yox, gizlində olan xəstəliyin əlaməti olduğunu deyir:
"Başgicəllənməsi insanlar arasında tez-tez rast gəlinən narahatlıqlardan
biridir. Vertiqo yüngül baş fırlanması və tarazlığın pozulması ilə
başlayıb, çox şiddətli və xəstəni yataqdan qalxa bilməyəcək hala salan
klinik göstəriciləri var. Sizdə baş gicəllənməsi olub-olmadığını adi bir
testlə yoxlaya bilərsiniz. Ayaq üstə dayanıb öz ətrafınızda 2-3 dəqiqə
fırlanın və ya önə doğru əyilərək başınızla dairə çəkin. Qısa müddət
sonra ətrafınızda hər şey fırlanmağa, özünüzü pis hiss etməyə
başlayırsınızsa, deməli, sizdə vertiqo var”.   

 

Vertiqonun yaranma səbəbləri

1.
Benign Paroksismal Pozisiyalı Vertiqo (BPPV): Başgicəllənməsinin ən çox
rast gəlinən səbəblərindəndir. Daxili qulağın içində olan yarımdairə
kanallarda yerləşən böyrək daşına oxşayan kristallarla izah edilir.
Başın mövqeyindən mənfi təsirlənir və xüsusi manevrlərlə qısa müddətdə
düzəldilə bilir.

 

2.
Meniere xəstəliyi: Daxili qulaqda yer alan yarım dairə kanallarındakı
mayedə arzuedilməyən bir zərbəyə bağlı olaraq yaranan
başgicəllənməsidir. Qulaq cingildəməsi və gedərək özünü daha çox
göstərən eşitmə qabiliyyətinin azalması ilə müşahidə edilir. Bu cür
hallar qulaq, burun, boğaz həkimlərinin nəzarətində olmalıdır.

 

3.
Vestibulyar neyronit: Əsasən mövsüm keçidlərində müşahidə edilən, bəzi
viruslarla əlaqəli olduğu deyilən, az ağrılı, lakin qəfil hücum
formasında olan başgicəllənməsi kimi ortaya çıxır. Nevrologiya
mütəxəssisləri tərəfindən nəzarət altında saxlanılır.

 

4.
Beyinciyin təsirlənməsi ilə bağlı başgicəllənməsi: Beyinciyi
qidalandıran damarlarda qəfil ortaya çıxan tıxanıqlıq və ya beyincikdə
qəfil yaranan qanamayla özünü göstərir. Tez-tez damar sərtliyi və ya
yüksək təzyiqi olan yaşlı xəstələrdə müşahidə edilir. Xəstələrdə anidən
başlayan baş fırlanması ilə yanaşı, yerimədə problemlər, məsafə
görüntüsündə pozuntu, baş ağrısı, ürək bulanma və qusma müşahidə edilir.
Bu hallarla rastlaşdığınız halda mütləq nevroloqa müraciət edin. Çünki
həyati təhlükəli vəziyyətə düşə bilərsiniz.

 

5.
Vertiqinoz miqren: Əsasən orta yaşlı insanlarda baş ağrısı və baş
gicəllənməsi ilə müşahidə edilir. Miqrenə bənzər baş ağrısı ilə ortaya
çıxır. Müalicəsi miqren müalicəsinə uyğun aparılsa, hər iki problem
aradan qalxa bilər.

 

6.
Multipl skleroz: Xüsusən orta və daha gənc yaşlarda başlayan baş
gicəllənməsi ilə başlayır. Beyin xəstəlikləri mütəxəssisləri tərəfindən
asanlıqla diaqnoz qoyula və müalicə edilə bilər.

 

7.
Tarazlıq sinir şişləri: Son illər cib telefonundan istifadə hallarının
artması ilə bağlı yayılan beyin şişidir. Əsasən eşitmə və tarazlıq
sərhəddinin keçidlərindən qaynaqlanan şişlərdir. Bu diaqnoz qoyulduğu
zaman əməliyyata ehtiyac yarana bilər.

 

8.
Yaralanma: Kəllədə meydana gələn, daxili qulağı da zədələyən bir
qırıqdan sonra vertiqoyla birlikdə ürək bulanması və eşitmə
qabiliyyətinin itirilməsi də müşahidə edilir. Bu cür baş gicəllənməsi
bir neçə gün davam edir.

 

9.
Allergiya: Bəzi insanlar allergiyası olduğu qidaları yedikdə və ya
havada yaranan problem onlara təsir etdikdə baş gicəllənməsi yarana
bilər. Bunlardan başqa, qocalıq, miqren, depressiya və psixoloji
səbəblər də vertiqoya səbəb ola bilər.  

 

Vertiqodan qorunmağın yolları:

Stresdən uzaq olun.

İmmunitet
sisteminizi qüvvətləndirin. Sağlam və təbii qidalar yeyin. Günə yumurta
ilə başlayın. Gündə bir ovuc qoz, badam, fındıq, fıstıq yeyin. Mütləq
süd için. Protein tərkibli qidalar yeyin.

D vitamini qəbul edin. Günəşli havada olun.

Duzu azaldın. Duz daxili qulaqlarda maye artmasına səbəb olur və baş gicəllənməsinə gətirib çıxarır.

Bol su için.

İdman edin.

Başınızı tez-tez və qəfil sağa-sola çevirməyin.

Maşını sürətlə sürməyin.

Lunaparklardakı yelləncəklərdən uzaq durun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!