Öskürəyi kəsməyin ən təsirli yolları

Öskürəyi kəsməyin ən təsirli yolları
Faydalı məsləhətlər
10.09.2017 19
Qış
mövsümündə həkimə müraciət etməyimizin əsas səbəbləri öskürək, sinusit,
faringit, laringit, soyuqdəymə və üst tənəffüs yolu infeksiyalarıdır.

 

Üst
tənəffüs yolu infeksiyaları nəticəsində yaranmış zəhlətökən öskürək
həftələrlə, bəzən aylarla davam edə bilir. Bu proses çox vaxt gecələr
yuxusuz qalmağımıza, ertəsi gün də özümüzü yorğun hiss etməyimizə səbəb
olur. Türkiyəli həkim Ceyda Dəmir öskürəyi kəsməyin ən təsirli
yollarını izah edib.  

 


Qurtum-qurtum su için

Su
içmək hava yollarının nəmli qalmasını təmin edir. Selikli qişa varsa,
onun asanlıqla çıxmasına kömək edir. Bütün öskürək siropları arasında
 ən güclüsü sudur. Bu səbəblə mövsümdən asılı olmayaraq, gündə 2 litr su
için.

 

Cökə və ya itburnu çayı

Öskürək
şiddətlənəndə ilk növbədə bol bitki çayları içmək tövsiyə olunur. Çünki
bitki çayları boğazı yumşaldır öskürəyi yüngülləşdirir. Tərkibindəki
vitamin və minerallar immunitet sistemini gücləndirir. Cökə ilə itburnu
kimi bitki çayları sayəsində quru öskürək də azalır. İçinə bal və limon
əlavə edərək bu çayları gündə üç-dörd fincan için.

 

Sarıkök və zəncəfil

Sarıkök
yalnız mətbəxdə deyil, artıq tibbdə də istifadə olunur. Sarıkök
orqanizmdə iltihab inkişafının qarşısını alır, pisxassəli hüceyrələri
məhv edir. Zəncəfil isə virus və mikroblarla savaşan ərzaqdır. Bunları
yeməklərə əlavə etməklə yanaşı, çaylarını da içə bilərsiniz. Ancaq gündə
ən çox iki stəkan içməyiniz məsləhət görülür.

İsti duş qəbul edin

Xüsusilə,
burun tıxanması və boğaz quruluğu kimi hallarda bədənə yüngüllük
gətirir. Həmçinin, nəfəs yollarının nəmini artıraraq öskürəyə qarşı
təsirli olur.

 

Siqaretdən uzaq durun

Nəfəs
alıb verdikcə tənəffüs yolları da tozlanır. Tənəffüs yollarında çirki
süpürən tüklü hüceyrələr mövcuddur. Tüklü hüceyrələr yuxarı doğru
qalxaraq ağciyərə yad cisimlərin daxil olmasına mane olur. Hər bir
siqaret isə bu tüklü hüceyrələrin ayaqlarını bir saat ərzində iflic
edir. Yəni ciyərlərimiz müdafiəsiz qalır, təmizlənmir. Təkcə siqaret
çəkmək deyil, passiv olaraq siqaretə məruz qalmaq da tənəffüs yollarının
sağalmasını gecikdirir.

 

Evin havası quru olmalı deyil

Qış aylarında evlərin qızdırılması otağın nəmini azaldır. Evin ideal temperaturu 22 dərəcədir.

 

Süd məhsullarının istehlakını azaldın

Yeniyetmələrdə
hədsiz inək südü və pendir yemək selikli qişa istehsalını artırır. Bu
səbəbdən, süd məhsullarını azaltmaqda fayda var.

 

Yediyiniz ərzaqlara diqqət edin

İmmun
sistemimizin qüvvətli olması üçün hər bir ərzaqdan lazım olduğu qədər
qəbul etmək lazımdır. Mümkün olduqca hazır, tərkibində kimyəvi maddə
olan qidalardan uzaq olun. Bunlar allergiyası olan adamlarda astma və
bağırsaq funksiyalarında pozğunluğa səbəb olur. İmmunitet sisteminizin
güclü olması üçün D vitamini qəbul edin. Təzə meyvə və tərəvəzlərlə
vitamin ehtiyacını qarşılamağa çalışın. Son illərdə sinkin də immunitet
üzərində təsirli olduğu bildirilir.



Kəskin qoxulardan qaçın

Kəskin
qoxular bronxların yığılmasına səbəb olur və öskürəyə təkan verir.
Ətir, dezodorant və otaq ətirləri də öskürəyə təkan verən amillərdəndir.
Bundan başqa, təmizlikdə istifadə edilən yuyucular astmaya səbəb olur.
Bu səbəbdən, yuyucu vasitələrdən ehtiyatla istifadə etmək lazımdır.

 

3 həftəni keçibsə, DİQQƏT!

Öskürək,
adətən yuxarı tənəffüs yollarında yaranmış infeksiyalardan dolayı əmələ
gəlir. Ancaq öskürək 3 həftədən çox davam edirsə, öskürəklə birlikdə 
qan və ya bəlğəm gəlirsə, ya da döş ağrısı varsa, mütləq həkiminə
müraciət etmək lazımdır. Çünki öskürək pnevmoniya, vərəm, ürək
xəstəlikləri, ağciyər xərçəngi, boğaz xərçəngi ilə yemək borusu xərçəngi
kimi əhəmiyyətli xəstəliklərinin də əlaməti ola bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!