Saqqız xeyirlidir yoxsa zərərli?

Saqqız xeyirlidir yoxsa zərərli?
Faydalı məsləhətlər
10.09.2017 25
Reklam
roliklərindəki stomatoloqlar bizi saqqız çeynəməyə çağırır: "Hər dəfə
yeməkdən sonra saqqız çeynəməyi unutmayın!”. Bəs həqiqətdə necə? Gəlin
aydınlaşdıraq, saqqız doğrudanda kariyesin qarşısını alıb, dişləri
ağartmağa və hətta möhkəmlətməyə kömək edir? 



Həkimlər
iddia edir ki, saqqız çeynəmək alt çənə oynağını möhkəmləndirir.
Hamımızın sevdiyi yumşaq qida fəal çeynənməyi tələb etmir, çənə
əzələləri isə daim məşq tələb edir. Lakin saqqız – çənə əzələlərini
tonusda saxlamağın yeganə üsulu deyil, onu alma və ya yer kökü də
asanlıqla əvəz edə bilər. 



Bir
çoxları hesab edir ki, yeməkdən sonra saqqız çeynəmək kariyesin
qarşısını alır. Bu, doğrudur: saqqız seliyin ifrazatına səbəb olur,
deməli, ağız boşluğunu xəstəliyi törədən qida qalıqlarından təmizləyir.
Lakin əgər kariyes artıq yaranıbsa, saqqızın mikroçata düşməsi diş
toxumalarının dağılma prosesini daha da sürətləndirir. 



Reklam
bizi inandırır ki, xüsusi saqqızlar dişləri ağartmağa kömək edir.
Əlbəttə ki, bəyaz təbəssüm arzusunda olan hər birimiz qəhvə, qırmızı
şərab, çay qəbul etdikdən sonra yarana biləcək sarı təbəqənin qarşısını
almaq üçün saqqız çeynəməyə çalışır. Əslində isə dişlərimizi bu sarı
təbəqədən qurtarmağa bizə yalnız diş fırçası kömək edə bilər. Məsələ
ondadır ki, ağardıcı saqqız inadcıl sarı təbəqəni təmizləməyə qadir
deyil. 



Bəs
saqqızın zərəri nədən ibarətdir? Mütəxəssislər saqqızı gün boyu
çeynəməyi məsləhət görmürlər. Məsələ ondadır ki, çeynəmə zamanı çoxlu
miqdarda mədə şirəsi ifraz olunsa da, mədəyə qida daxil olmur, mədə
şirəsi mədənin selikli qişasını dağıtmağa başlayır, bu da qastrit və
xora kimi xəstəliklərin yaranmasına səbəb olur. Bu xəstəliklərdən
əziyyət çəkın insanlar isə ümumiyyətlə saqqız çeynəməməlidirlər. 



Beləliklə,
əgər dişlərimizi fırçalamağa imkanımız yoxdursa, saqqız həqiqətən də
faydalı ola bilər. Lakin saqqızı yalnız yeməkdən sonra çeynəmək olar.
Unutmayın ki, saqqızı 10-15 dəqiqədən artıq çeynəmək olmaz. 



İldə iki dəfə stimatoloq kabinetini ziyarət edin – adətən bu tədbir diş sağlamlığı üçün istənilən saqqızdan daha faydalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!