Pendirin xarab olmasını istəmirsinizsə, belə saxlayın

Pendirin xarab olmasını istəmirsinizsə, belə saxlayın
Faydalı məsləhətlər
10.09.2017 11
Mütəxəssislər bildirir
ki, pendirin ləzzətini və qida dəyərini itirmədən saxlanması ilk növbədə
satın alınması ilə başlayır. Hər pendirin saxlanma şərtləri fərqlidir.
Pendir mütləq +2/4 C-də, işıqsız mühitdə soyuducuda saxlanmalıdır.

 

Kalsium, protein, A, B, D, E vitaminləri baxımından zəngin qida
qaynağı olan pendiri düzgün şərtlər altında saxlamaq vitamin və qida
dəyəri baxımından böyük önəmlidir.

 

Mütəxəssislər pendiri alan zaman ilk növbədə son qidalanma tarixinə
diqqət etməyi tapşırır. Son qidalanma tarixi keçmiş heç bir qidanı yemək
olmaz. Əgər alacağınız pendirin qidalanma tarixi yaxın vaxtlardırsa,
onu almaq fikrindən daşının. Çünki alan kimi yeməyəcəksiniz və son
qidalanma tarixi yaxınlaşan məhsulları uzun müddət saxlamaq mümkün
olmur. Qablaşdırılmasına fikir verin. Cızılmış, əzilmiş, korlanmış və ya
deformasiyaya uğramış qablaşmadakı məhsulları almayın. Pendirin
rənginin dəyişib-dəyişməməsinə fikir verin.

 

Soyuducuda saxlayın

Pendi tez bir zamanda yeyilməyəcəksə, öz qabında soyuducuda
saxlanmalıdır. Qabından çıxarıldıqdan sonra mütləq başqa qabda
saxlanmalı və qablaşdırılma vasitələrinə bükülərək qorunmalıdır. Əks
təqdirdə pendir nəmini itirər, ətri və ləzzəti azalar. Otaq
temperaturunda, süfrədə, piştaxtada saxlanılan pendir qablaşdırılmış
pendirin içərisinə qatılmamalıdır. Başqa bir qapalı qabda duzlu su əlavə
edilərək saxlanmalıdır.

 

Ağ pendiri öz suyunda saxlayın

Ağ pendir qablaşdırılması açıldıqdan sonra içməli suyun içinə duz
qatılaraq hazırlanmış mayenin içərisində saxlanmalıdır. Bu, pendirin
uzun müddət qida dəyəri və ləzzətini itirməmək üçün ən yaxşı vasitədir.
Beləliklə, pendirin özünü daha yaxşı tutma müddəti də yaxşılaşacaqdır.
Pendir və pendir növləri oksigendən uzaq saxlanmalıdır. Ağ pendiri
doğrayan zaman bıçağı islatsanız, daha yaxşı dilimlənəcək. Qızardılmış
pendirlər yeyilməzdən əvvəl 15-20 dəqiqə suda saxlanılarsa, tərkibindəki
duz sovrular və həqiqi dadı ortaya çıxar. Ağ pendirdən başqa digər
pendirlər yuyulmamalıdır. Su ilə təmas pendirin ləzzət və qoxusunun
itməsinə səbəb olar. Pendir dondurucuda və otaq temperaturunda
saxlanmamalıdır.   

 

Holland pendiri isə dilimlərə bölünmədən saxlanmalıdır. Ehtiyacınız
olan qədər kəsdikdən sonra pendiri öz qabında mühafizə etməniz
məsləhətdir. Beləliklə, məhsul su itirmədən qurumayacaq və pendirin
qalan hissəsi xarab olmayacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!