Qışda metabolizmanı sürətləndirən 9 üsul

Qışda metabolizmanı sürətləndirən 9 üsul
Faydalı məsləhətlər
10.09.2017 30
Qış aylarında
metabolizmanın sürəti zəifləyir. Bu dövrdə zəifləyən metabolizmanı
sürətləndirmək, qışı artıq çəki yığmadan keçirmək üçün kifayət qədər və
nizamlı qidalanmaq vacibdir. Aile.lent.az qışda metabolizmanı
sürətləndirmək üçün bəzi məsləhətlər təqdim edir.

 

Günə səhər yeməyi ilə başlayın

Yağ əriməsini təmin etmək və sürətləndirmək üçün metabolizmanın ən
yaxşı fəaliyyət göstərdiyi səhər saatlarında kifayət qədər və davamlı
olaraq səhər yeməyi yemək şərtdir. Qatıq, meyvə və yulaf əzməsi ilə
başlayan davamlı səhər yeməyi özünüzü daha yaxşı hiss etməyinizi təmin
edəcək.



Yağsız protein qəbulu

Əzələ toxumanızı artırmaq üçün yağsız protein qaynaqları üzərində çox
durun. Protein nizamlı olaraq etdiyiniz məşqlərlə birlikdə əzələ
inkişafınıza kömək edəcək və metabolizmanı sürətləndirəcək. Məsələn,
hinduşka əti aşağı səviyyəli yağ və yüksək keyfiyyətli protein tərkibi
ilə sizin üçün çox yaxşı seçimdir.

 

Süd və süd məhsulları qəbulunu çoxaldın

Yağsız qatıq və pendir arıqlamaq, metabolizmanı sürətləndirmək üçün
ən təsirli qidalardır. Aparılan araşdırmalar sübut edib ki, pəhrizdə
kifayət qədər kalsium qəbulu yağ itkisini sürətləndirir. Pendir enerji
verir, əzələlər üçün protein təmin edir və kalsiumun ən yaxşı
qaynağıdır. Gündə 2 qab qatıq və 4-5 dilim pendir yeməyiniz məsləhətdir.

 

Tez-tez yeyin

Hər 2-3 saatdan bir ara qidalanması metabolizmanızın aclığa qarşı
siqnallar almasının qarşısını alır. Tez-tez yemək və ara qidalanması heç
də mütəmadi olaraq əlinə nə keçdi yemək demək deyil. Ara qidalanmasında
meyvə və tərəvəz yesəniz, daha yaxşı olar. Xiyar, bibər növləri, mövsüm
meyvə-tərəvəzi və s.

 

Qreypfrut süfrənizdən əskik olmasın

Qreypfrut insulin səviyyəsini aşağı salaraq, yağ yığılmasının
qarşısını alır. Mövsümü zamanı gündə 1 ədəd qreypfrut yemək
metabolizmanın sürətlənməsinə kömək edəcək.

 

Omega3 baxımından zəngin qidalar yeyin

Omega3 yağ turşuları qan şəkərini nizamlayır və metabolizmanı
sürətləndirir. Toxluq hormonu olan leptin müqavimətinin qırılmasına
kömək edərək, arıqlamağınızı təmin edir. Yağlı balıqlar Omega3–ün ən
yaxşı qaynağıdır. Həftədə 3 dəfə buxara verilmiş və sobada qızardılmış
balıq yeyin.

 

Gündə iki fincan yaşıl çay

Yaşıl çayda olan kateşinlər metabolizmanı sürətləndirir və yağın
əriməsi ilə bərabər arıqlama kömək edir. Gündə ən azı iki fincan yaşıl
çay içmək metabolizmanızı sürətləndirəcək.

 

Susuz qalmayın

Qışda əsasən su içməyə meylli olmuruq. Lakin metabolizmanı nizama salmaq üçün gündə ən azı 10-12 stəkan su içmək lazımdır.

 

Əzələ toxumanızı artırın

Əzələlər bədəninizin enerji xərcləyən fabrikidir. Nə qədər çoxdursa, o
qədər sürətli fəaliyyət göstərər. Buna görə də həftədə ən azı 3 dəfə
məşq edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!