Düşüncənin gücü ilə sağalmağın sadə üsulları

Düşüncənin gücü ilə sağalmağın sadə üsulları
Faydalı məsləhətlər
10.09.2017 17
Adətən hər hansı kiçik narahatlıq zamanı belə dərhal dərmana əl atır və aptekə qaçırıq... 



Ağrıları
azaltmağın başqa yolları barədə az düşünürük. Bəs özünüzü yaxşı hiss
etmək üçün düşüncənin gücünü sınaqdan keçirmək heç ağlınıza gəlibmi? 



1. Başağrıları

Rahat
bir stula əyləşin və əlinizə keçən il yayda çəkilmiş bir foto götürün.
Bu, gözəl mənzərə şəkli ola bilər. Şəkilə diqqətlə baxın, bütün
detalları hafizənizdə saxlamağa çalışın, sonra gözlərinizi yumun və
özünüzü də bu mənzərəyə daxil edərək gördüklərinizi yenidən xəyalınızda
canlandırın. Təsəvvür edin ki, dənizkənarında (ləpədöyəndə) uzanmısınız,
gələn dalğalar isə sizin ağrılarınızı yuyaraq dənizin uzaqlıqlarına
aparır. 



2. Daxili narahatlıq / gərginlik

Okeanın
ortasında kiçik qayalıq ada, özünüzü isə bu adanın zirvəsində hündür,
yerini rahatlamış mayak olaraq təsəvvür edin. Mayakın divarları elə
qalın və möhkəmdir ki, hətta güclü küləklər də onu silkələyə bilməz. 



Yaxşı
və pis havada siz gəmilərə yol göstərərək onlara güclü işıq şüası
göndərirsiniz. İndi isə özünüzdə heç vaxt sönməyən daxili işıq mənbəyini
hiss etməyə çalışın. 



3. Stress

Siz incimisiniz və hansısa situasiyadan çıxış yolu görmürsünüz? 



Düşünün
ki, siz yazıçısınız, sizə rahatlıq verməyən epizod isə sadəcə olaraq
ədəbi qəhrəmanın həyatından bir səhifədir. Bunu birinci şəxsin dilindən
kiçik hekayə şəklində kağıza yazın. 



Bütün
hadisələri ən kiçik xırdalıqlarına kimi təsvir edin və mümkün qədər
dəqiqliklə dialoqları qurun. Öz hisslərinizi ifadə edin. Sonra bu
hekayəyə uğurlu alınmamış qaralama kimi baxın. 



Onu
yenidən, olmasını istədiyiniz kimi yazın. Mənfi obrazların
davranışlarının motivlərini anlamağa çalışın, onların halına acıyın və
onları bağışlayın. Yeni dialoqlar qurun. 



İndi nə hiss etdiyinizi deyin. 



Sizi təmin edəcək yeni final (sonluq) və hadisələrin həllini düşünün. Depressiya keçib gedəcək. 



4. Yaşla bağlı problemlər

Bədən
quruluşunuzun 5-10 il əvvəl çəkilmiş ən uğurlu fotoşəklini tapın.
Gözlərinizi yumun və xəyalınızda bu fotoşəklin çəkildiyi anı – belə
gənc, incə, gözəl və xoşbəxt olduğunuz anı canlandırın. 



Sizin
şüuraltınız bu obrazı qəbul edəcək və orqanizminizi bu obraz altında
köklənməyə məcbur edəcək. Beləliklə də yağ hüceyrələri əriyəcək və
üzdəki qırışlar azalmağa başlayacaq.



5. Qırışlar

Düşüncənin
gücü ilə qırışları hava və günəş işığı vasitəsilə hamarlamağa çalışın,
onları dəriyə hopdurun və hər hüceyrənin gəncləşərək və dartılaraq
parlaq günəş işığına doğru necə 

meyil etdiyini hiss edin. 



6. Soyuqdəymə

Xəyalınızda
parıldayan qar dənəcikləri ilə örtülmüş dağın zirvəsinə çıxdığınızı
düşünün, dərindən nəfəs alaraq bütün köksünüzlə təmiz şaxtalı havanı
içinizə çəkin. 



Bu psixoloji möhkəmlənmə seansından sonra virusların sizə qalib gəlməsi çətin olacaq. 



Sağlam olun və qoy sizin bütün düşüncələriniz də sağlam olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!