Sümüklərin möhkəm olması üçün bu qaydalara riayət edin

Sümüklərin möhkəm olması üçün bu qaydalara riayət edin
Faydalı məsləhətlər
10.09.2017 9
Sümüklərin
inkişafında kalsium, D vitamini, protein kimi qida maddələrindən başqa,
insanın həyat tərzi də mühüm əhəmiyyət kəsb edir. 



Türkiyəli həkim Hilal Ulduz sümük sağlamlığını qorumağın qaydaları haqqında açıqlama verib. 



Həftədə
3 gün mütəmadi olaraq yürüş edin və fitneslə məşğul olun. Bu, əzələ və
skelet sisteminin uzun müddət sağlam işləməsi üçün əsas şərtdir. 



Normadan
artıq kökəlməyin. Çəki hər məsələdə problem yaratdığı kimi skelet
sisteminə də zərər verir. Hər artan çəki ilə oynaqlara yük düşdüyünü
unutmayın. Bilin ki, çəkiniz nə qədər az olsa, oynaqlar o qədər yaxşı
işləyər. 



Siqaret çəkməyin. Siqaret qan dövranını pozduğu üçün xüsusilə, qığırdaqların qidalanmasını məhdudlaşdırır. 



Ayaq sağlamlığınıza diqqət edin və keyfiyyətli ayaqqabılar geyinin. 



Bədəni
ehtiyacı olduğu D vitamini ilə təmin etmək üçün günəşdən hər gün
kifayət qədər bəhrələnin. Hər gün 15 dəqiqə günəş vannası qəbul edin. 



Kifayət
qədər C vitamini qəbul edin. D və C vitamini sümük və oynaqların
uzunömürlü olması üçün lazımlı vitamindir. Xüsusilə, D vitamini
çatışmayanada sümüklər dözümsüz olur. 



Əzələ
və sümük sağlamlığı üçün süd məhsulları mütləq lazımdır. Odur ki,
kifayət qədər qatıq və pendir yeyin. Unutmayın, kalsium anbarını nə
qədər doldursaq, qocalıqda bizə bir o qədər xeyri dəyər. 



45
yaşından sonra ağır idman növlərindən çəkinin. Oynaqlarda çıxıqlar,
adətən, 50 yaşdan sonra meydana gəlir. Ona görə də müəyyən yaşdan sonra
bədəni ağır idman növləri ilə yormayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!