Çəkmələrinizdən qoxu gəlməsin

Çəkmələrinizdən qoxu gəlməsin
Faydalı məsləhətlər
10.09.2017 18
Qaşındıran və tüklü xəz və paltolar, iyi gələn uzunboğaz çəkmələr,
ilməsi qaçan corablar, qalın kofta və ətəklər... Bunlar hamısı qışda
istifadə etdiyimiz geyimlərdir. Qış qarderobunu səliqəli və təmiz
saxlamaq bu geyimlər üçün çox vacibdir.



Corablarınızdakı qaçan ilmə çox böyüməsin deyə süzülən hissəyə saç lakı vura bilərsiniz.



Qalın corab və lasinlərinizi istifadə etməzdən əvvəl yuyun, yaxşıca
sıxın və sellofanın içərisinə qoyaraq soyuducunun buzxanasında bir gecə
saxlayın. Buzxanada onun lifləri güclənəcək və daha uzunömürlü olacaq.



Koftanızın tüklü hissəsini daban daşı ilə təmizləyin. Elə edin ki,
koftaya dəyməsin. Yavaş-yavaş sürtərək toplanmış hissəcikləri bir yerə
toplayın.



Paltarlarınızda qalan saç telləri və kofta tüklərini makiyaj fırçası ilə təmizləyin.



Bədəninizi qaşındıran koftalarınızı bir neçə qaşıq sirkə qatılan soyuq
suda 15 dəqiqə saxlayın. Sonra isə yumşaq formada saç kremi ilə üzərinə
əl gəzdirin və yarım saat bu cür saxladıqdan sonra durulayın.



Geyiminizin corabınıza yapışmasını istəmirsinizsə, elektriklənmənin qarşısını almaq üçün içərisinə sancaq taxın



Çiyinlərində asqı izi qalmasın deyə koftalarınızı şəklildə göstərilən formada asın və ya qatlayın.



Dəri şalvarınız qırışmasın deyə onu asın. Asqı izinin qalmaması üçün isə asılqanın arasına kağız və ya salfet qoyun.



Geyimlərinizdə rəngi solan və təravətini itirən zamj hissəni diş fırçası ilə yenidən canlandırın.



Çəkmələrinizdən iyi gəlməsin deyə içərisinə karbonat və ya paket çay qoya bilərsiniz.



Qışda paltarlarınızı geyməzdən əvvəl fenlə isidə bilərsiniz.



İslanan dəri ayaqqabılarınızı istidən uzaq tutun. Bunun yerinə içərisinə kağız doldurun və cərəyanlı yerə qoyaraq gözləyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!