Dəri gödəkçələrinizi belə təmizləyin

Dəri gödəkçələrinizi belə təmizləyin
Faydalı məsləhətlər
10.09.2017 15
Qışın sevimli geyimlərindən olan dəri gödəkçələr kirlənəndə "Necə təmizləyək?”, - deyib oturmayın.



Bir miqdar təmiz suya təzə süngəri batırıb yaxşıca sıxın və gödəkçəni
silin. Quru parça ilə nəmini aldıqdan sonra taxta, ya plastik asılqana
asın. Dəmir asılqan çiyinlərində iz buraxar. Nəmli qalmaması üçün
pəncərə, ya qapı ağzına asın.



Təmiz gödəkçəyə vazelin, ya da zeytun yağı ilə baxım edə bilərsiniz. Bir
miqdar vazelin, ya da zeytun yağını bütün gödəkçəyə bir parça pambıqla
masaj edər kimi yedirib, taxta, ya plastik asılqana taxıb pəncərə, qapı
ağzına asın. Bir gecə belə saxlayın.



Ləkələnmiş dəri gödəkçə necə təmizlənir?

Şkafda rütubətlənibsə, təmiz su və süngərlə silməniz bəs edər. Çay,
qəhvə damcılayıbsa, quru bir parça ilə silə bilərsiniz. Ancaq boya kimi
ağır ləkələr düşübsə, quru təmizləməyə verin.



İçliyi parça olan dəri gödəkçələri təmizləmək üçün bir qabı su ilə
doldurun. Ağ hamam sabunu, ya da ərəb sabunu ilə suyu köpüklədin.
Gödəkçəni suyun içinə salın, yuyun və durulayın. Quru dəsmalla dəri
qismini qurulayın və asılqana asaraq qurumağa qoyun. Parça hissəsindən
damcılaya biləcək su üçün altına bir qab, ya da quru parça qoyun. Tez
quruması üçün radiator yanına qoymayın. Saç qurutma aləti ilə tez
qurutmağa çalışmayın.



Qeyd: Ən həssas dərəcədə belə, dəri geyim paltaryuyan maşında
yuyulmamalıdır. Bu, ancaq onu qırışdıra bilər. Üzərindəki ləkələr dəri
ayaqqabı boyası ilə boyanmaz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!