Orqanizmdə D vitamini çatışmayanda nə baş verir?

Orqanizmdə D vitamini çatışmayanda nə baş verir?
Faydalı məsləhətlər
10.09.2017 36
D vitamini immunitet sistemini gücləndirərək orqanizmi xəstəliklərdən
qoruyur. Bədəndəki bütün hüceyrələr üçün faydalı olan D vitaminini qəbul
etməyin ən asan yolu günəş altında dayanmaqdır. Türkiyəli travmatoloq
Yavuz Yalçın D vitamini çatışmazlığı zamanı gərəkli olan tədbirlər
haqqında məlumat verib.

Həkim
bildirir ki, sümük və əzələlərin sağlamlığı üçün lazım olan D vitamini
immunitet sistemini də gücləndirir. Bunlarla yanaşı, hipertoniya, ürək
xəstəlikləri və bəzi xərçəng xəstəliklərindən müdafiə edir.



O, hamiləlik dövründə ana namizədi ilə birlikdə körpənin də sağlamlığı üçün D vitaminin vacib olduğunu vurğulayıb:



"Hamilə
qadınlarda D vitamini az olarsa, sümük əriməsi müşahidə olunur.
Hamiləlik zamanı D vitamini çatışmazlığı kalsiumun azalmasına da səbəb
olur. Dolayısı ilə yetərsiz çəki amili, halsızlıq, yorğunluq, əzələ və
sümük ağrıları kimi şikayətlərin yaranmasına yol açır. Bu hallarda
həkimlər hamilə qadınlara D vitamini qəbul etməyi tövsiyə edir. D
vitamini qəbulunu süd dövrünün 6-ci ayına qədər davam etdirmək vacibdir.
Həkimin sözlərinə görə, D vitamininin səviyyəsi aşağı olan hamilə
qadınlarda doğuş çox vaxt qeysəriyyə yolu ilə həyata keçir.



Ana
bətnindəki körpə kalsium ehtiyacını anadan alır. D vitamini
çatışmazlığı zamanı körpə zəif doğulur. Bunlarla bərabər, uşağın
əzələlərində zəiflik, gec diş çıxarma halları müşahidə olunur.
Hamiləlikdə D vitamini çatışmazlığının yeni doğulan körpə üzərindəki
təsirləri hətta qalıcı ola bilər. Bu təsirlər doğumdan sonra veriləcək D
vitamini dəstəyilə tam olaraq sağalmaya bilər. Bu, uşağın immunitet
sisteminin zəif olmasına gətirib çıxarır.



D
vitaminini günəş vasitəsilə qəbul etmək həm asan, həm də ucuz başa
gəlir. Günəşli bir gündə ən az 15-20 dəqiqə qədər gəzmək belə gündəlik D
vitamini çatışmazlığını aradan qaldırmaq üçün kifayətdir. Lazımi günəş
işığı miqdarı insanın yaşı, dəri rəngi və ya qaralma müddətinə görə
dəyişir. Dəri rəngi tünd olan insanlar yetərli qədər D vitamini qəbul
etmək üçün, xüsusən qış aylarında uzun müddət gün işığında gəzməlidir.



Günəşin
az olduğu qış aylarında D vitamini çatışmazlığı yaşamamaq üçün
qidalanma rejiminə diqqət göstərilməlidir. Yağ baxımından zəngin olan
alabalıq, sardana, skumbriya və ton balığı istehlak edilməli, habelə
süd, süd məhsulları və yumurtanın da qidalanma rejiminə əlavə olunması
lazımdır. Bitkilərdən cəfəri, gicitkən və yoncada D vitamini bol olur.



Unutmayın
ki, D vitamini ehtiyacının 20 faizini qidalar ödəyir. Qış aylarında
mümkün qədər günəş vannası qəbul etmək, yetərsiz olduğu hallarda həkim
nəzarəti ilə qəbul etmək lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!