Yeni alınan paltarı geyinmədən öncə niyə yumaq lazımdır?

Yeni alınan paltarı geyinmədən öncə niyə yumaq lazımdır?
Faydalı məsləhətlər
10.09.2017 25
Dünyanın
müxtəlif ölkələrində aparılan statistikalar göstərir ki, insanların 90
faizi yeni aldıqları paltarları yumadan geyinir. Halbuki bu, sağlamlıq
üçün olduqca təhlükəlidir. Çünki mağazadakı geyimlər zərərli kimyəvi
maddələrlə və mikroorqanizmlərlə dolu olur.

 

Nyu-York
Universitetinin professoru Filip Tierno yeni alınan geyimləri birbaşa
geyinməyin təhlükəli dəri xəstəliklərinə səbəb ola biləcəyini sübuta
yetirib.

 

O bildirib ki,
müxtəlif geyim mağazalarından aldığı şalvar, kofta, pencək və alt
paltarları kimi geyimləri laboratoriyada bir sıra testlərdən keçirib və
onlarda bakteriya, göbələk, dəri qalıntısına rast gəlib. Professor
xüsusilə, alt paltarları, çimərlik geyimləri və dəsmalları yumadan
istifadə etməyin çox təhlükəli olduğunu vurğulayıb.

 

Həkimin
sözlərinə görə, bir çox insanın geyinib yoxladığı paltarlar mikrob
yuvasıdır. Belə geyimlər üzündən aşağıdakı problemlərlə üzləşə
bilərsiniz:

*İshal

*Salmonella bakteriyası

*Noro virusu

*Göbələk infeksiyaları

*Beta mikrobu

*Bit və birə

 

Yeni
geyimlərdəki digər təhlükə də kimyəvi maddələrdir. Bu cür maddələrin
təhlükəlilik səviyyyəsi geyimin istehsal edildiyi ölkədən asılı olaraq,
dəyişir. İnkişaf etməmiş ölkələrdə istehsal edilən geyimlərdə daha
təhlükəli kimyəvi maddələrdən istifadə edilir.

 

Məsələn,
geniş şəkildə istifadə edilən "azo‐anilin” boyası dəriyə zərər verir.
Həssas dəri bu maddənin olduğu geyimlə təmas etdikdə boyun, bilək,
qoltuq altı kimi nahiyələrdə qızartı və qaşıntı müşahidə edilə bilər.
Hətta bu vəziyyət tez-tez təkrarlandıqda eqzemaya yaxalanmaq riski
artır.

 

"Triklosan” adlı kimyəvi maddə də olduqca təhlükəlidir. Onun xərçəngə səbəb olduğu deyilir.

 

Sağlamlıq
üçün heç bir zərəri olmadığı düşünülən pambıqdan hazırlanmış geyimlər
isə gizli təhlükədir. Çünki dünyada ən çox həşərat dərmanlarına məruz
qalan bitki pambıqdır. Pambıqdan parça əldə edilərkən ağartma, boyama
zamanı istifadə olunan kimyəvi maddələr paltarlar bir neçə dəfə
yuyulduqdan sonra belə getmir. Ona görə də, pambıq geyimləri belə
keyfiyyətinə inandığınız brendlərdən əldə etməyiniz məsləhətdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!