Ürəkbulanmaya qarşı təsirli üsullar

Ürəkbulanmaya qarşı təsirli üsullar
Faydalı məsləhətlər
10.09.2017 32
Avtomobildə
səyahət, stress, spirtli içkilər, hamiləlik və ya qida zəhərlənməsi və
başqa bu kimi ən müxtəlif səbəblər ürəkbulanma ilə nəticələnə bilər. 



Bəs bu problemi aradan qaldırmaq üçün nə etmək lazımdır? 



Zəncəfil

Zəncəfil
hamiləliyin və avtomobildə gedərkən benzin qoxusunun səbəb olduğu
ürəkbulanmaya qarşı ən təsirli vasitədir. Ürəkbulanmadan xilas olmaq
üçün zəncəfil çayı için. 



Limon

Limon
isə hamiləliyin səbəb olduğu ürəkbulanma zamanı effektlidir. Dadı turş
olduğu üçün dərhal təsir edir. Hətta qoxusu belə xəstənin vəziyyətini
yaxşılaşdırır. Zəncəfil çayının içərisinə əlavə edib içdikdə təsiri daha
da artır. 



Nanə

Şiddətli ürəkbulanma halları zamanı 2-3 ədəd təzə nanə yarpağı çeynəmək yaxşı təsir edir.

Çayını da içmək olar.



Alma

Alma bədəni toksinlərdən təmizləyir. 1 ədəd turş almanı dilimləyin və yavaş-yavaş yeyin. Ürəkbulanma aradan qalxacaq. 



Toyuq bulyon

Toyuq
suyundan soyuqlama və qrip zamanı müşahidə edilən ürəkbulanmaya qarşı
istifadə edilir. Xəstə 1 stəkan toyuq suyu içsə, vəziyyəti yaxşılaşar.
Toyuqdan hazırlanan şorba da effektlidir. 



Çərəzlər

Zülal çatışmazlığı da ürəkbulanmasına səbəb ola bilər. Bu zaman badam, fındıq, fıstıq kimi çərəzlər yemək məsləhətdir. 



Su

Xüsusilə
isti yay günlərində bədən həddən artıq su itirir. Bu su itkisi
ürəkbulanmaya səbəb ola bilər. Odur ki, gün ərzində 2-3 litr su içməyi
yaddan çıxartmayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!