Dişlərin vaxtından əvvəl tökülməsinin 7 səbəbi

Dişlərin vaxtından əvvəl tökülməsinin 7 səbəbi
Faydalı məsləhətlər
10.09.2017 23
Dişlər
həssas olur. Hətta dünya miqyasında diş çürüyü və diş əti xəstəlikləri
soyuqdəymədən sonra ən çox rastgəlinən xəstəliklər sırasında 2-ci yerdə
dayanır. 



Dişlərin
və diş ətinin möhkəm olması orqanizmin sağlamlığı üçün əhəmiyyətlidir.
Bəs, dişlərin tez zərər görməsinin və çürüməsinin səbəbləri nədir? 



Stomatoloq və protez mütəxəssisi Əmrə Orhonun dişlərin vaxtından əvvəl tökülməsi səbəbləri ilə bağlı fikirlərini təqdim edir: 



Sərt cismlərin dişlərə təsiri

Dişlərlə
butulka qapağı açmaq, ip kəsmək, mismar çıxartmaq, paketin ağzını
açmaq, qoz-fındıq qırmaq, buz dişləmək və.s dişlərə ciddi zərər verir.
Dişlərin fiziki təsirə məruz qalması mina təbəqəsini zədələyir, çatlara,
ciddi sınıqlara, hətta diş tökülməsinə yol açır. 



Şirniyyatlar

Həddindən
artıq şirniyyat yemək, hazır qidalarla qidalanmaq ağız içindəki turşu
səviyyəsini artıraraq çürüklərin əmələ gəlməsinə səbəb olur. Şəkərli
qidalar diş üzərinə asanlıqla yapışır və çox çətin təmizlənir. Bunların
əvəzinə lifli, şəkər səviyyəsi aşağı olan, çiy və ya az bişmiş tərəvəz
və meyvələrə üstünlük vermək lazımdır. Həmçinin, şirniyyat və yağlı
qidalar yedikdən sonra dişlər mütləq təmizlənməlidir. 



Qazlı içkilər

Qazlı
içkilər mina təbəqəsini yumşaldır və tərkibindəki çox miqdarda şəkər
ağız içində çürük formalaşması üçün əlverişli şərait yaradır. Bu
səbəbdən qazlı içkilər əvəzinə limonlu su, meyvə suları və ya ayran kimi
təbii içkilərə üstünlük verməyi tövsiyə edirəm. 



Çay və qəhvə

Çox
çay və ya qəhvə istehlak etmək diş səthinə ləkə saldığı üçün tövsiyə
olunmur. Qaralmış diş səthini təmizləmək üçün sərt təmizləyici və diş
ağardıcı məhsullardan istifadə etmək lazım gəlir. Belə kimyəvi maddələr
dişlərə ikiqat artıq zərər verir. 



Siqaret

Siqaret
tüstüsü ağıziçi toxumalara təsir edərək onların qalınlaşmasına və bunun
nəticəsində də diş əti xəstəliklərinin gizli qalmasına yol açır.
Normalda xəstənin ağıziçində görülən şiş, qızartı və qanaxmalar siqaret
istifadə edənlərdə bilinmir. Diş əti toxumalarının qan dövranı da
pozulduğu üçün yaralar çox gec sağalır. 



Dişləri qıcamaq

Cəmiyyətdə
olduqca tez-tez rast gəlinən \"parafunksion\", yəni "funksiyadan kənar
hərəkət” adlandırılan bu vəziyyət dişlərin əyilməsinə, çənə oynağında və
çeynəmə əzələlərində problemlərə səbəb olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!