Ağıllı telefonlar əslində insan orqanizminə çox ziyanlıdır

Ağıllı telefonlar əslində insan orqanizminə çox ziyanlıdır
Faydalı məsləhətlər
10.09.2017 19
Həyatımızın əsas hissəsinə çevrilən ağıllı telefonlar əslində insan orqanizminə çox ziyanlıdır.



Qadinlar.biz-ın məlumatına görə, mütəxəssislər 10 maddə ilə ağıılı telefonların zərərlərini göstərib. 



1. Həddindən artıq telefon istifadə etmək və tez-tez mesaj yazmaq,
çiyin, boyun və baş ağrılarına səbəb olur. Telefona baxmaq üçün qabağa
əyildikdə başın ağırlığı onurğaya əlavə yük salır ki, bu da müəyyən
ağrılara səbəb olur.

2. Oturanda belə cib telefonlarınızı maksimum dərəcədə uzaq
məsafədə tutun. Telefonun batareyasını doldurmaq üçün isə adam olmayan
otağa qoymağınız məsləhətdir. Bu, həm sizin, həm ailənizin sağlamlığı
üçündür, eyni zamanda bununla təbiətə verəcəyimiz zərəri xeyli
azaldarıq.

3. Mütəxəssislər deyir ki, hamiləlikdə əsla cib telefonu istifadə
edilməməlidir. Bu, dünyaya gələcək uşağın da sağlamlığına zərər verir.

4. Cib telefonundan zəif səslə musiqi dinləmək sizi kar etməz. Amma
davamlı olaraq yüksək səslə musiqi qulaq asmaq, qulağın içindən beynə
səs dalğalarını çatdıran hüceyrələrin zərər görməsinə səbəb ola bilər.
Bu hüceyrələrin zərər görməsi isə uzun müddətdən sonra eşitmə
qabiliyyətini itirməyə gətirib çıxarır.

5. Ağıllı telefonla çox mesaj və e_mail yazmaq, ya da davamlı oyun
oynamaq bilək və barmaq toxumalarını yorduğu üçün ağrılara səbəb ola
bilər.

6. Hazırda bütün dünyada döş xərçəngi geniş yayılıb. Bunun ən böyük
səbəblərindən biri radiasiya və mobil telefonlardır. Mobil telefonların
döş xərçəngi yaratmaq üçün əsas risklərdən biri olduğu deyilir.

7. Erkən yaşda mobil telefon və radiasiya yayan cihazlara məruz
qalan uşaqların zəka inkişafının daha az olduğu iddia edilir. 12
yaşından etibarən inkişafın başlaması və 21 yaşına qədər davam etməsini
araşdıran mütəxəssislər bu yaş aralığında mobil telefon istifadə
etməməyi məsləhət görür.

8. Tibb dünyası həyəcan təbili çalır ki, mobil telefon kişilərdə
sperma hüceyrələrinin ölməsinə səbəb olur, bu da gələcəkdə sonsuzluğa
gətirib çıxara bilər.

9. Cib telefonu istifadəsində etdiyiniz səhvlər, qarşıdakı illərdə
tək sizin deyil, yaxın çevrənizin də genetikasının pozulmasına gətirib
çıxara bilər. Artan radiasiya, şüa, gələcək nəsillər və yeni doğulacaq
uşaqlarda bəzi xəstəliklə yaradacaq.

10. Mütəxəssislər deyir ki, əgər mobil telefon vacib lazımdırsa,
onu özünüzdən uzaq tutaraq qısa müddətlik istifadə etmək məsləhətdir.
Amma gecə yatanda başınızın altına əsla qoymayın. Çünki gecə boyunca
alacağınız radiasiya zamanla ürək xəstəliyi, təzyiq və s. yaradacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!