Kosmetik məhsulların xarab olduğunu necə anlamaq olar?

Kosmetik məhsulların xarab olduğunu necə anlamaq olar?
Faydalı məsləhətlər
10.09.2017 24
Hər məhsulun olduğu kimi, kosmetik vasitələrin də son
istifadə tarixi önəmlidir. Ancaq statistikaya əsasən, 4 qadından yalnız
1-i makiyaj məhsullarının son istifadə tarixinə diqqət edir.

 

Araşdırmalara
əsasən, qadınların ən uzun müddət istifadə etdiyi kosmetik məhsul göz
kölgəsidir. Göz kölgələrinin ömrü 1 il olsa da, bəzən qadınlar ondan 6
il istifadə edirlər.

 

2 il ömrü olan dodaq boyasını 4 il, 1 illik istifadə müddəti olan tonal kremi 3 il istifadə etmək sağlamlığı təhlükəyə atır. Vaxtı keçmiş kosmetik məhsullarda olan bakteriya və toksitlər dəriyə və ümumiyyətlə, səhhətə mənfi təsir edir.

 

Qablaşdırmanı açdıqdan sonra…

Mütəxəssislər
bildirir ki, kosmetik məhsulların son istifadə tarixinə baxmaqla
yanaşı, qablaşdırmanın üzərində yazılan "PAO” (Period After Opening –
yəni, açıldıqdan sonrakı istifadə müddəti) işarəsinə diqqət edin.
Qablaşdırma işarəsinin içində rəqəm və "M” hərfi yazılır. Məsələn,
işarənin üzərində "3M” yazılıbsa, bu, məhsulun qapağının açıldıqdan
sonra 3 ay içində istifadə edilməli olduğunu göstərir.

 

Təmizlik…

Dərinin
iltihablanmaması və infeksiyalara yoluxmaması üçün istifadə edilən
makiyaj və süngərləri vaxtı-vaxtında təmizləmək lazımdır.

 

*Fırçaları 2 həftədən bir yuyun. Süngərləri isə hər istifadədən sonra mütləq yumalısınız.

*İstifadə etdiyiniz kosmetik məhsulların qapaqlarını yaxşıca bərkidin.

* Fırçaları nəmli yerlərdə saxlamayın.

*Kosmetik
məhsulların həddən artıq istiyə məruz qalmamasına diqqət edin. Onları
hamam kimi nəm səviyyəsi yüksək olan yerlərdə saxlamayın.

 

*Göz qələmlərini tez-tez qələmyonanla yonun. Beləliklə, qələmi bakteriyalardan təmizləmiş olarsınız.

 

*Makiyajdan öncə mütləq əllərinizi yuyun.

 

*Kosmetik məhsulları başqaları ilə bölüşməyin.

 

*İstifadə etdiyiniz məhsulların rəngində və ya qoxusunda dəyişiklik varsa, onu dərhal atın.

 

Bəzi kosmetik məhsulların ömrü:

 

Dırnaq boyası: 36 ay

Göz kölgəsi: 12 ay

Dodaq boyası: 24 ay

Tuş: 6 ay

Tonal krem: 12 ay

Ənlik: 18 ay

Layner: 6 ay

Göz qələmi: 24 ay

Korrektor: 8 ay

Pudra: 24 ay

Dodaq qələmi: 12 ay

 

Kosmetik məhsulların xarab olduğunu necə anlamalı?

 

Tonal krem: üzdə yığılır, dəriyə hopmur. Rəngində və qoxusunda dəyişiklik hiss edilir.

Tuş: quruyur, çətin çəkilir.

Dodaq boyası: rəngi və qoxusu dəyişir, yumşalır və daha yağlı hala gəlir.

Dırnaq boyası: bərkiyir, rəngi dibə çökür, parlaqlığını itirir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!