Mövsümə görə sağlamlıq

Mövsümə görə sağlamlıq
Faydalı məsləhətlər
10.09.2017 10
Həyatımızı
təqvimlərə görə idarə edirik. Tətillərin nə vaxt başlayıb, nə vaxt sona
çatacağı, əhəmiyyətli günlər, qısacası gündəlikhəyatımızla əlaqədar hər
şeyi təqvimlərdə tapa bilirik. Ancaq bir də sağlamlıq təqviminə
ehtiyacımız var. Sizə, ilin 12 ayında sağlamlığınızı qorumaq üçün nələr
etməniz lazım olduğunu izah edən bir təqvim!



Yanvar

İlin
ilk ayı. Başqa bir deyişlə yeni başlanğıclar etmənin, əhəmiyyətli
qərarların tətbiqinə başlamanın tam zamanıdır. Siz də qəti qərarınızı
verin və siqaret çəkməkdən imtina edin. Son zamanlarda bütün dünyada
siqaretə qarşı təsirli bir kampaniyanın davam etdirildiyini bilirik.
Gəlin bu kampaniyaya qulaqlarınızı tıxamayın.



Yanvar
ayı, siqareti buraxmaq üçün ilin ən uyğun, ən mənalı dövrüdür. Aparılan
araşdırmalar, yanvar ayında siqaretdən imtina etməyə qərar verənlərin
bu cəhdlərində çox müvəffəqiyyətli olduqlarını göstərdi. İstər yanvar
ayının kəraməti deyin, istər yeni bir başlanğıc etmənin dayanıqlılığı
deyin, amma ortada bir gerçək var: Yanvar ayında siqaretə vida edənlər,
bir daha əllərinə siqaret almırlar.



Bu
vaxt siqaret tüstüsüylə göz-gözü görməz hala gəlmiş bağlı salonlardan,
barlardan da uzaq durun. Təbii bu ay, soyuqanlılıqlara qarşı da tədbirli
olmağınız lazımdır. C vitamini əlavəsini əsla unutmayın. Hər səhər bir
stəkan portağal suyu içməyi vərdiş halına gətirin. Yanvar ayının
sağlamlıq təqvimində, sağlamlığınızı qorumağa daha çox diqqət
göstərməniz vurğulanır.



Fevral

Fevralın
nə kimi sürprizlər edəcəyi müəyyən olmaz. Ölkəmizdə ümumiyyətlə
soyuqlar, fevral ayında şiddətlənir. Bir az da yaza duyulan həsrətin
verdiyi səbirsizlik, fevralın bir anda keçməsini istəyərik.



Mütləq
fərqinə varmısınız, qış aylarında daha çox acarıq və qarınımızı
doyurmağımız daha çətin olar. Bədən, daha çox enerjiyə ehtiyac duyduğu
üçün, bu dövrdə həzmi çətin olsa da tox tutan yeməklərə üstünlük
verilir. Xüsusilə karbohidrat tərkibli qidalar süfrələri bəzəyir.



Fevralda,
bu karbohidratlı qidalar məsələsini ələ alın. Ağır karbohidratlı
yeməklərdən imtina edin. Taxıl məhsulları, quru paxla, mərci, noxud kimi
yeməklər, səbzə və meyvə ağırlıqlı bir qidalanma proqramını tətbiq
edin. Fevral ayında, bəslənmə vərdişlərinizdəki səhvləri düzəltməyə
çalışın. Zərərli karbohidratlardan uzaq dayanmanız, qışı daha sağlam
sovuşdurmanızı təmin edəcək.



Mart

Qaranlıq
və kasvetli qış günlərindən sonra Mart ayında günəşi görməyə
başlayacaqsınız. Mart ayında soyuqlar davam etsə də, həm günlər
uzanacaq, həm də günəş tez-tez səmadan sizə özünü göstərəcək. Bu günləri
yaxşı dəyərləndirin.



Fürsət
tapdıqca açıq havada gəzişin. Bahara dinc və qüvvətli girmək üçün mart
ayında idmanı artırın. Qış aylarında istəmədən də olsa, bəlkə kilo
almısınız. Çox kilolardan xilas olmaq üçün ilin ən uyğun dövründəsiniz.
Bu ay, bahar yorğunluğuna qarşı da hazırlıqlı olmalısınız.



Aprel

Aprel
ayı, ümumiyyətlə yağışlı keçər amma yağış buludlarının arasından günəş
üzünü göstərincə həyat sevinci ürəyinizi bürüyəcək. Pessimizmdən xilas
olmanın tam zamanıdır.



Bu
vaxt bir nöqtəyə diqqətinizi çəkmək istəyirik. Mart ayında çox
kilolardan xilas olmağı bacarmış ola bilərsiniz. Ancaq indi bədəninizi
diqqətlə araşdırın və bel bölgəsində artıqlıq olub olmadığını araşdırın.



İncə
bədənli olsanız belə beldə qalınlaşma, bir az göbək bədəninizdə zərərli
yağlayarın yığıldığına işarədir. Zərərli yağlayarın bel bölgəsində
toplandığı ifadə edilir.



Xərçəng
və ürək xəstəliklərinə tutulma təhlükəsinin bir xəbərçisi də bu yağ
yığımıdır. Aprel ayında xüsusilə bel və qarın gimnastikası etməniz,
qidalanma nizamınızı yenidən nəzərdən keçirməniz lazımdır.



May

Cinsi
həyatınıza nizam vermək üçün May ayını seçin. Baharın bu ən gözəl
ayında, yeni eşqlərə özünüzü hazır hiss edə bilərsiniz. Cinsi
impulsların sürətləndiyi bu dövrdə, cinsi xəstəliklərin də artdığını
unutmayın.



Bu
ay, özünüzü yeniləmək üçün əlinizə keçən fürsətləri qiymətləndirin. Bu
ayın ən əhəmiyyətli problemləri, həzm sistemində ortaya çıxa bilər.



Lazım
olsa bir həkimə görünüb həzm sisteminizi rahatlaşdıracaq tədbirlər ala
bilərsiniz. Əgər keçmişdə həzm sisteminizdə problemlər yaşadınızsa, may
ayında bu problemlərin təkrar ortaya çıxması ehtimalı çoxdur. Bu
səbəblə, daha əvvəl tətbiq etdiyiniz pəhrizə baş vurmanızda fayda var.
Bu ay, həzm sisteminizi qorumağa xüsusilə çox əhəmiyyət verməlisiniz.



İyun

Heç
əylənmədən, vaxt itirmədən bir sağlamlıq müayinəsindən keçin. Tətilə
çıxmadan əvvəl, bir check-up etdirməniz lazımdır. Sağlamlığına əhəmiyyət
verən hər kəsin, heç olmasa bir həkimə görünüb ümumi bir müayinədən
keçməsi lazımdır.



Tətilinizin
pis keçməməsi və özünüzü göz görə görə xəstə etməməniz üçün bir az
fədakarlıq etməyi gözə almaq məcburiyyətindəsiniz.



Xüsusilə
orta yaşlı qadın və kişilərin, yaz nemətlərindən faydalanmağa
başlamadan əvvəl mütləq həkim müayinəsindən keçmələri lazımdır. Dərhal
üzünüzü büzdürüb, qaşlarınızı çatmayın. Adi bir check-up üçün çox zaman
xərcləmənizə ehtiyac yoxdur. Qan və sidik analizi, bir neçə araşdırma
ilə bu məsələ həll edilir.



İyul

Tətil
dövrünün bu ən gözəl ayında etməyiniz lazım olan ilk iş, dərinizin
vəziyyətinə nəzarət etdirmək olmalıdır. Dəri xərçənglərinin xüsusilə
iyul ayında ortaya çıxması bir təsadüf deyil. Yaz istilərinin
cazibədarlığına qapılıb, günəş duşlarını artırınca, bilmədən özünüzü
təhlükəyə ata bilərsiniz. Dərinizdəki xallar əvvəllər xoş xasiyyətli ola
bilər, amma birdən-birə günəşlə təmas edincə xüsusiyyətləri dəyişə
bilər. Bu ay dərinizin baxımına, sağlamlığına diqqət ayırın. Həddindən
artıq istilərdə, qan təzyiqinizi ölçdürməyinə də laqeyd yanaşmayın.
Bədəninizin susuz qalması ehtimalına qarşı tədbir alın.



Avqust

Avqust
istilərində şəhər içində qalmaq, ürək xəstəlikləri baxımından təhlükə
yarada bilər. Yaz ortasında, əvvəlcə ruhi sağlamlığınızı qorumaq üçün
tədbirlər almalısınız. İlin bu ən isti ayında, stressdən uzaq qalmağa
çalışmalısınız. Yaşadığınız ətrafdan uzaqda keçirəcəyiniz bir neçə gün,
sizi rahatlaşdırar. Depressiya, çaxnaşma hücum kimi problemlər, avqust
ayında ortaya çıxa bilər. Əvvəllər ruhi problemlər yaşamış olanların da,
bu ay çox diqqətli davranmaları təklif edilir.



Sentyabr

Davamlı
eyni temp içində yaşamanın zərərli təsirləri, bədəninizdə də özünü
göstərməyə başlayar. Payızın bu ilk ayında, eynilə yazın başlanğıcında
olduğu kimi açıq hava idmanlarına üstünlük verməlisiniz. Amma bu ay,
daha əvvəl sınamadığınız idmanları sınağınızda fayda var. Bədəninizin
əzələləri davamlı eyni hərəkətləri etməkdən yorular. Bu səbəblə sentyabr
ayında fərqli məşqlər etməyi təcrübədən keçirin. Joging edirsinizsə,
gəzintiyə üstünlük verin. Tennis oynayırsınızsa, voleybolu seçin.
Dəyişik idmanlarla bədəninizin dincliyini qoruyacaqsınız.



Oktyabr

Oktyabr
ayı, sağlamlıq baxımından payızın ən təhlükəli dövrüdür. Hava
sərinləməyə hətta soyumağa başladığı üçün qrip, soyuq dəymələri,
bronxit, boğaz ağrıları və infeksiya xəstəlikləri növbədə gözləyər. Bu
xəstəliklərə tutulmamaq üçün əvvəlcə immunitet sisteminin
gücləndirilməsi lazımdır. C vitaminli tərkibli meyvə və tərəvəzlər
süfrənizdən heç əskik olmamalıdır. İmmunitet sistemini gücləndirici
qidalarla özünüzü qoruya bilərsiniz. Yaşıl və qara çayın immunitetə
faydalı olduğunu unutmayın.



Noyabr

Sağlamlığınızla
əlaqədar planlar etmənin tam zamanıdır Bu vaxt ümumi bir sağlamlıq
müayinəsindən keçməyə laqeyd yanaşmayın. Hava şərtlərindəki
dəyişikliklər, xüsusilə ürək və ağciyər xəstəliklərinə dəvət çıxarar.
Qışa girmədən əvvəl, sağlamlıq vəziyyətinizin araşdırılması, qış
aylarında böyük problemlərlə qarşılaşmanızı önləyə bilər. Bu vaxt
depressiya riskini də gözardı etməyin. Bədəninizin dəyişən hava
şərtlərinə uyğunlaşmasını təmin edənə qədər, bəzi problemlərlə
qarşılaşmanız qaçınılmazdır.



Dekabr

Hər
şeydən əvvəl stressə qarşı tədbir almalısınız. Qış mövsümünün başında
özünüzü həddindən artıq dərəcədə yorğun hiss edə bilərsiniz. Bu ay,
orqanizminizi qüvvətləndirmək üçün vitamin əlavələrinə üstünlük
verməlisiniz. Qış şərtlərinin bir çox adamın ruhi sağlamlığını mənfi
istiqamətdə təsir etdiyi bilinir. Günəşin üzünü çox seyrək göstərməsi,
xüsusilə qadınlarda pessimizmə səbəb olar. Buna görə soyuq qış
günlərində, günəşi görər görməz qısa müddət də olsa açıq havada
gəzməlisiniz. Sinir sisteminizi müayinədən keçirtməyi də unutmayın. Qış
başında ruh və bədən sağlamlığınızda əhəmiyyətli dəyişikliklər yaşaya
bilərsiniz. Bu səbəblə bir probleminiz olunca, zaman itirmədən
həkiminizə müraciət edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!