Komplekslərdən azad olmağın yolları

Komplekslərdən azad olmağın yolları
Faydalı məsləhətlər
10.09.2017 15
Komplekslər
bizim öz beynimizin məhsuludur. Başqa sözlə desək, komplekslərimiz
təməli uşaq yaşlarında qoyulur daha sonrakı yaşlarda inkişaf edir. Bəs
komplekslərin əsas yaranma səbəbləri nələrdir? Bu səbəblər komplekslərə
görə dəyişir. Bəzi insanlar uşaq vaxtlarında ailədə yaşadıqları
hadisələrdən, məktəbdə müəllim və ya ətrafındakı insanlar tərəfindən
psixoloji travmalara məruz qalırlar. Ailə daxili münaqişələr, zorakılıq,
təhqir və.s kimi hadisələr özünə güvənsizlik, inamsızlıq və.s bu kimi
komplekslərin yaranmasına gətirib çıxarır. Çünki bu hal heç cürə sizin
həyatınızda müsbət bir şəkildə özünü göstərməyəcək. Uşaq yaşlarından
həyatımızda dərin izlər buraxan hadisələr daha sonra öz təsirini gələcək
həyatımızda biruzə verir. Çünki,insan həyatı boyu yaşadığı hadisələri
unutmur, tam əksinə onlar daima yaddaşımızın bir kənarında özünə yer
edir. Bu cəhətdən qeyd olunmalıdır ki, kompleksdən azad olmaq insana
keçmişini unudaraq müvəffəq olmur. Yalnız özünü olduğu kimi qəbul etmək
bizi komplekslərimizdən azad edə bilər. 

Bəs komplekslərdən necə azad olmaq mümkündür?

•Əgər
kompleksləriniz həyatınızın gedişinə mənfi təsir göstərirsə, o zaman bu
kompleksdən azad olmağa çalışın. Bunun üçün , ilk öncə özünüzdə
kompleksdən yaxa qurtarmaq üçün lazım olan enerjini tapın. Çünki,
komplekslər illərlə yarandığı üçün onunla mübarizə də müəyyən qədər vaxt
ala bilər. Məhz bu səbəbdən təmkinli olmaq əsas şərt hesab olunmalıdır.

•Sizin
özünüzə inamınızla bağlı komleksiniz varsa çalışın bu inamsızlığı ilk
öncə özünüzü sevmək, özünüzə güvənməklə aradan qaldırın. Atacağınız hər
bir cəsarətli addımda qazanacağınız uğur sizi daha da ruhlandıracaq.

•Bəzi
nəzəri yanaşmalara görə komplekslər şüurdan sıxışdırılmış meyllərlə
birbaşa bağlıdır. Məhz bu səbəbdən onların aradan qaldırılması bu
meyilllərin şüura gətirilərək dərki nəticəsində mümkün ola bilər. Başqa
sözlə biz kompleksin yarandığı keçmişə qayıdaraq o zaman keçirdiyimiz
hissləri dərk etməklə komplekslərimizdə azad ola bilərik.

•Hər
hansı bədən üzvü ilə assosiasiya olunan komplekslər birbaşa
inamsızlıqdan qaynaqlanır. Bu zaman özünəinamsızlıq səbəbindən şəxslərdə
öz xarici görünüşündən narazılıq müşahidə olunur. Bu cür komplekslərdən
əziyyət çəkənlər yalnız özünü olduğu kimi qəbul etməklə bu problemdən
yaxa qurtara bilər. Sonda qeyd etmək lazımdır ki, əgər daxilimizdə baş
verənlər həyatımızı istədiyimiz şəkildə yaşamağımıza mane olursa bu
zaman bu problemdən mümkün qədər tez yaxa qurtarmalıyıq. Çünki,
həyatımızın hər anı yaşamaq üçün bizə verilən şansdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!