D vitamini çatışmazlığı arıqlamağı çətinləşdirir

D vitamini çatışmazlığı arıqlamağı çətinləşdirir
Faydalı məsləhətlər
10.09.2017 27
Məlumata görə bəzi tədqiqatlar, D vitamini çatışmazlığı ilə artıq çəki arasında əlaqə olduğunu sübut edir.

Dietoloqların sözlərinə görə, D vitaminin ən önəmli xüsusiyyətlərindən biri qarın bölgəsinin yağlanmasına mane olmasıdır.



Bu vitamin maddələr mübadiləsini sürətləndirdiyi üçün arıqlamağa kömək edir.

Orqanizmdə
kifayət qədər D vitamini olan insanlar daha tez doyduqlarını hiss
edirlər. D vitamini çatışmazlığı zamanı isə doyma siqnalı beyinə gec
çatır.



D
vitamini çatışmazlığı isǝ epidemiya kimi sürətlə yayılır. Bu epidemiya
sümük xəstəliklərinə səbəb olmaqla yanaşı, xərçəng, revmatizmal
xəstəliklər, immun xəstəlikləri, nevro-psixatrik xəstəliklər, ürək
xəstəlikləri və təzyiq və s. bu kimi xəstəliklərə dǝ səbəb olur.



İnsan bədənində olan D vitamininin təxminən 90 faizi günəş şüalarından dərinin ən dərin təbəqələrində sintez edilir.

D vitamini çatışmazlığı zamanı vitaminlər qəbul etmək, ancaq günəş şüaları qəbul etməmək vitamin əskikliyini bərpa etməz.

Mütəxəssislərin fikrincə, D vitamini əskikliyi zamanı vitamin qəbulundan çox günəş şüalarına ehtiyac duyulur.

Hesablamalara
görə, günorta saatlarında yarım saat günəş şüası vannası qəbul etmək
bədəndə xeyli miqdarda D vitamini sintez edilməsinə səbəb olur.



Məlumatda
oda bildirilir ki, mütǝxǝssis Şeyda Sıla Bilgili D vitamini - həm
qidalanma, həm də günəş işığının köməyi ilə qəbul edilə bildiyini,
müxtǝlf balıq növlǝrindǝ, pendir, süd, kərə yağı və yumurtanın sarısında
D vitamini olduğunu bildirib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!