Gözlərin sağlamlığı üçün 10 hərəkət

Gözlərin sağlamlığı üçün 10 hərəkət
Faydalı məsləhətlər
10.09.2017 16
Müasir
dünyada kompüter və smartfonlardan gün ərzində həddindən artıq istifadə
etmək bir çox insan üçün ortaq problem – uzağı və ya yaxını görmədə
problemlər yaradıb. Gündəlik stress və həyat tərzi də buna təsir edən
digər amillərdəndir. Gözlərinizin sağlamlığını qorumaq və ya bərpa etmək
üçün isə bir neçə göz hərəkətləri etməlisiniz. Bu 10 hərəkət gözünüzün
sağlamlığına ancaq müsbət tərəfdən təsir göstərəcək. Gəlin sınayaq!

 

Qaranlığa baxın

Dirsəklərinizi
stolun üstünə qoyun. Gözlərinizi yumun və əllərinizi gözlərinizin
üzərinə qoyun. Rahatlaşın və qaranlığa baxın. Bu formada 1-3 dəqiqə
qalmağa çalışın.

 

Gözlərinizi sağ və sola doğru hərəkət etdirin

Ayağa
qalxın və ya belinizi dik tutaraq oturun. Düz qarşıya doğru baxın.
Başınızı tərpətmədən sola doğru baxın. Gördüyünüz hər hansı bir şey
üzərində diqqətinizi cəmləyin. Daha sonra sağa doğru baxın. Baxışınızı 5
dəfə sağ və sola doğru aparın. Bu məşqi gündə 3 dəfə təkrarlamağa
çalışın.

 

Gözlərin yuxarı və aşağı doğru hərəkəti

Dik
oturun və qarşıya doğru baxın. Daha sonru baxışlarınızı yuxarı doğru
yönəldin və gördüyünüz hər hansı bir obyekt üzərində baxışınızı
saxlayın. Çalışın bu hərəkəti alnınızı qırışdırmadan edəsiniz. Eyni
hərəkəti aşağı doğru baxaraq 5 dəfə təkrarlayın. Bu məşqi də gündə 3
dəfə etməyə çalışın.

 

Baxışın diaqonal hərəkəti 

Düz
qarşınıza baxın. Aşağı sola doğru baxın, sonra baxışınız diaqonal
olaraq yuxarı sağa doğru yönəldin. Daha sonra eyni hərəkəti fərqli
istiqamətlərə fokuslanaraq təkrarlayın. Bu hərəkəti 5 dəfə təkrarlayın.
Məşq gündə 3 dəfə edilməlidir.

 

Gözlərin fırladılması

Dik
oturun və rahatlanın. Sol tərəfə baxın və yavaş-yavaş gözlərinizi saat
əqrəbi istiqamətində fırlatmağa başlayın. Saat əqrəbi istiqamətində 5
dairə edin, sonra isə saat istiqamətinə qarşı. Bu hərəkəti gün ərzində 3
dəfə təkrarlayın.

 

Yaxın və uzaq fokuslanma

Fikrinizi
bir qələm üzərində cəmləyin. Bu qələm gözlərinizdən 20-30 sm uzaqlıqda
olmalıdır. Daha sonra baxışınızı hər hansı bir uzaq obyektin üzərindı
cəmləyin. Həmin əşyaya diqqətlə baxın və detallarını görməyə çalışın.
Daha sonra yenidən qələmə baxın. Bu hərəkəti 5 dəfə etməyə çalışın. Gün
ərzində 3 dəfə təkrarlayın.

 

Konsentrasiya 1

Dik
oturun və qarşıya doğru baxın. Sonra qaşlarınızın ortasına doğru baxın.
Bir neçə saniyə həmin nöqtədə fikrinizi cəmləyin. Daha sonra yenidən
qarşıya doğru baxın. Bu hərəkəti 5 dəfə etməyə çalışın. Gün ərzində 3
dəfə təkrarlayın.

 

Konsentrasiya 2

Dik
oturun və qarşıya doğru baxın. Daha sonra burnunuzun ucuna doğru baxın.
Daha sonra yenidən qarşıya doğru baxışlarınızı yönəldin. Bu hərəkəti 5
dəfə etməyə çalışın. Gün ərzində 3 dəfə təkrarlayın.

 

Masaj. Birinci üsul 

Gözlərinizi
yumun. Gözlərinizi bərk sıxaraq o vəziyyətdə saxlamağa çalışın. Sonra
göz ətrafı əzələlərə bir az istirahət etdirin. Yenidən bərk sıxaraq
bağlayın. 10 dəfə təkrarlayın.

 

Masaj. İkinci üsul.

Gözlərinizi
bağlayın. Yumşaq dairəvi hərəkətlərlə göz qapaqları masaj edin.
Ehtiyatla basın, çox ağır təzyiqə cəhd etməyin. Bu hərəkəti hər biri 10
dəfə olmala saat əqrəbi istiqamətində və əksinə etməyə çalışın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!