Səhərlər ilıq, limonlu su için faydaları

Səhərlər ilıq, limonlu su için faydaları
Faydalı məsləhətlər
10.09.2017 16
Səhərlər acqarına
ilk olaraq ilıq limonlu su içməyin arıqlamağa faydalı olduğunu hər kəs
bilir. Bəs bu arıqladıcı keyfiyyətindən başqa, digər faydalarını da
öyrənmək istəyirsiniz?



Səhərlər ilıq limonlu su içməyin faydalarını təqdim edir.



- İmmunitet sistemini gücləndirir. Vitamin C xəstəliklərə qarşı qoruyur.



- Həzmi asanlaşdırır və toksinlərdən xilas olmanıza yardımçı olur.
Limon suyunun həzmi rahatlaşdırma özəllikləri reflüks, gəyirmə və qarın
şişməsi kimi həzmsizlik əlamətlərini rahatlatmaqda yardımçı olur.



- Limon suyu sidiyin miqdarını artıraraq istənməyən maddələrin bədəndən atılmasını təmin edir.



- Limonda olan mineral və vitaminlər bağırsaqlardakı toksinləri gəvşədir və daha tez atılmasına yardım edir.



- Dərinizi gözəlləşdirir. Limondakı C vitamini dəri üçün faydalıdır və
hər gün müntəzəm olaraq limonlu su içmək dərini gözəlləşdirir. C
vitamini sızanağa səbəb olan bakteriyaları öldürür, hətta yaşla bağlı
dəridə ortaya çıxan cizgilərin üzərinə birbaşa limon suyu sürtə
bilərsiniz.



- Arıqlamağa kömək edir. Aclıq hissini azaldır.



- Bədənin alkalik hala gəlməsinə yardım edir. Mütəmadi olaraq limon
suyu içmək şişmə və ağrıların əsas səbəbi olan oynaqlarınızda yığılmış
uroloji asit də daxil olmaqla bədənimizin asidik olmasını əngəlləyir.



- Qaraciyəri təmizləyir.



- Stresslə mübarizədə kömək edir. Stress bədəninizdəki C vitaminini çox
tez yox edir. Limondan alacağınız C vitamini bədənin stressdən dolayı
zəifləməsinə əngəl olur.



- Enerji verir və ruh halınızı yaxşılaşdırır. Limon bədənimizə daxil
olduğunda enerji verir. Limonun qoxusu da enerji vericidir. Narahatlıq
və depressiyanı azaldır.



- Sağaldır. Limonun tərkibindəki C vitamini oynaq, sümük və əzələ toxumasının sağlamlığı üçün önəmli bir qidadır.



- Nəfəsi təzələyir. Limon ağız qoxusunu yox etməklə yanaşı diş ağrıları
və diş əti iltihabına da faydası var. Limonlu su içmədən dişinizi
fırçalayın, ya da içdikdən sonra fırçalamaq üçün bir müddət gözləyin.
Limonlu su içdikdən sonra ağzınızı təmiz su ilə yaxalayın.



- Limfa sisteminə su qazandırır.



- İlıq limon suyu bədənimizin itirdiyi suyu geri qazandırır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!