D vitaminin orqanizmdə əvəzsiz rolu

D vitaminin orqanizmdə əvəzsiz rolu
Faydalı məsləhətlər
10.09.2017 31
D vitamini insanın sağlamlığı üçün ən vacib vitaminlərdən biridir. 



D
vitamini günəş şüalarının təsirindən orqanizmdə (dəridə) sintez olunur.
D vitamini kalsiumun orqanizmdə sovrulmasına və sümük toxumasının
hüceyrələrinə daxil olmasına kömək edir. Kalsium bizim sümüklərimizin
əsas \"tikinti materialıdır\". Beləliklə, D vitamini sümüklərimizi
möhkər edir. Bu vitaminin çatışmazlığı isə sümüklərin daha kövrək və
zəif olmasına səbəb olur. Uşaqlarda D vitaminin çatışmazlığı raxit kimi
ciddi pozulmaya səbəb olur. Raxit uşaqlarda ayaqların və çanaq
sümüklərinin, döş qəfəsinin əyilməsinə, fiziki inkişafın ləngiməsinə
səbəb olur. 



Gün şüalarının kifayət qədər gəbulu D vitaminin ehtiyacını ödəyir. Lakin burada bəzi incəlikləri nəzərə almaq lazımdır: 



- gün şüalarının təsiri səhər və axşam saatlarında daha effektlidir 



- dərisi tünd olan insanlarda ağ dərili insanlarla müqayisədə D vitamini daha az miqdarda sintez olunur, 



-
qoca insanların dərisində D vitaminin sintezi xeyli azalır. Bu səbəbdən
onların sümükləri kövrək olur, onlarda osteoporoz (sümük toxumasının
azalması ilə bağlı olan patoloji prosess) inkişaf edir. Osteoporoz isə
yaşlı insanlarda sınıqlara səbəb olur. 



- pis ekoloji şərait D vitaminin sintezinə mane olur. 



Bəzi
qida məhsulları D vitaminin əlavə mənbələridir. Bu məhsulların
arasında: süd və süd məhsulları, balıq, balıq yağı, qara ciyər, yumurta
sarısı. Lakin bu məhsulların qəbulu D vitaminin ehtiyacını tam ödəmir.
Gün şüaları burada əsas rol oynayır. 



Uşaqlar və yaşlı insanlar D vitamini və kalsiumu əlavə almalıdır. Bu onların sümüklərinin sağlamlığı üçün çox vacibdir. 



Lakin
D vitaminin orqanizmdə rolu yalnız sümüklərin qorunması ilə
məhdudlaşdırılmır. Bu vitamin bir çox proseslərdə iştirak edir. Bu
unikal vitamin orqanizmə həm vitamin, həm də hormon kimi təsir edir. 



- D vitamini ürəyin, dərinin, qalxanvari vəzinin, böyrəklərin sağlamlığı üçün olduqca vacibdir. 



- D vitamini qanın normal laxtalanması üçün vacibdir, arterial təzyiqinin tənzimlənməsində iştirak edir. 



- D vitamini immun sisteminin normal fəaliyyəti üçün də çox önəmlidir. 



-
Tibbi araşdırmalar nəticəsində məlum oldu ki, vitamin D çox ağır
autoimmun xəstəliyi olan yayılmış skleroz zamanı yaxşı kömək edir.
Həmçinin D vitamini yayılmış sklerozun profilaktik 

vasitəsi sayılır. 



-
Belə hesab olunur ki, D vitamini bəzi xərçəng xəstəliklərinin (xüsusilə
süd vəzi, yumurtalıqlar, prostat vəzi xərçəngi, leykoz) müalicəsi və
profilaktikası üçün effektlidir. 



-
D vitamini qadınların və kişilərin cinsiyyət funksiyasına təsir edir.
Belə ki, vitamin D kişilərin əsas cinsi hormonu olan testosteronun
sintezini stimullaşdırır. 



- D vitamini sinirlərin və əzələlərin normal fəaliyyəti üçün çox vacibdir. 



- Bu vitamin qanda şəkərin səviyyəsinə təsir edir, arterial təzyiqinin tənzimlənməsində iştirak edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!