Qənaətcil olmağın asan yolları

Qənaətcil olmağın asan yolları
Faydalı məsləhətlər
10.09.2017 5
"Sadəcə bədxərc olmayın -başqa yol yoxdur" demək asandır, amma...



İstər
əməkhaqqı, istər mükafat və ya birdəfəlik ödənilən başqa pul məbləği
olsun, adamın əlləri istər-istəməz onları xəcləməyə doğru uzanır. Necə
deyirlər "pulun cibinə ağırlıq edir”. Onları çox elit bir şeyə sərf
etmək istəyirsən! Gözəl, bahalı, sanballı və… ya heç sizə lazım
olmayacaq, ümumiyyətlə istifadə etməyəcəyiniz gərəksiz bir əşya.
Beləliklə gəlin görək pula qənaət etmək üçün hansı konkret addımları ata
bilərsiniz:



Məqsəd.
Ən vacibi, özünüzə məqsəd təyin edin. Siz nəyin naminə "özünüzə qarşı
çıxmaq” istəyirsiniz? Axı bu heç də asan olmayacaq! Lazımı vərdişlər heç
də bir göz qırpımında yaranmır. Özünü daha böyük, daha gözəl, sizə
olduqca böyük bir həzz gətirəcək və məmnunluq hissi bəxş edəcək başqa
bir məqsədlə motivasiya etmək lazımdır. Bu həzz pulun ani xərcləndiyi
zaman yaşadığınız hisslərdən qat-qat böyük olmalıdır ki, sizin iradənizi
özünə tabe edə bilsin.



Kredit
kartı. Kredit kartından az istifadə edin, nağd pula üstünlük verin.
Sırf psixoloji nöqteyi-nəzərdən pulu əldən xərcləmək daha çətindir,
nəinki heç görünüşü ilə belə pulu xatırlatmayan plastik kartlardan.
Kredit kartınız varsa belə, çalışın onun limiti mümkün qədər az olsun.



Prioritetlər. Çalışın
ki əmək haqqını aldığınız və ya sizə böyük bir məbləğ gəldiyi gün heç
nə almayasınız. Düzdür böyük pullar adama baş gicəllənməsi gətirir,
adama elə gəlir ki, əlində pul olanda nə istəsə edə bilər, lakin bu hiss
sonda sizinlə çox pis zarafat edər. Almalı olduğunuz ən vacib şeylərin
siyahısını yazın. Özünüzə söz verin ki, başqa nə almaq istəsəniz onu
axıra saxlayacaqsınız, yəni əvvəlcə prioritet siyahıda olan şeyləri
almalısınız. Bir qayda olaraq həmin ana qədər eyforiya hissi artıq adamı
tərk etmiş olur. Onda pulun bir hissəsini hətta kənara da qoymaq olar.



Karyera. Özünüz
üçün peşəkar hədəf müəyyənləşdirin və mütəmadi olaraq həmin hədəfə
çatmaq üçün müəyyən məbləğdə vəsait ayırın, unutmayın ki, bu sizin
peşəkar inkişafınız üçün lazımdır. Aydındır ki, siz işinizi nə qədər
effektiv icra etsəniz, gəlirləriniz də bir o qədər artıq olacaq. Düzdür
bu heç də həmişə belə olmur, amma istisnalar qanunu inkar etmir.



Xəsis
olmayın. Qənaətcillik ilə bağlı bir məqalə üçün bir az paradoksal
məsləhət kimi görünə bilər. Amma ataların bir məsəli var: Xəsis iki dəfə
xərcə düşür. Yəni özünə qarşı həddindən artıq sərt davranmaq olmaz.
Belə məqamda irəli düşmək istədiyiniz halda, geriyə getmiş olarsınız.
Bir az qənaət etmək əvəzinə, özünüzü qınaya-qınaya, həm də əsəb
pozuntusu qazanarsınız. Hər əmək haqqı alanda özünüz üçün "elə-belə”
xərclik pulu ayırın. Hərdən-bir isə ay ərzində qənaət edilmiş məbləğdən
özünüzə "mükafat” da təyin edə bilərsiniz.



Büdcə.
Gəlirlərin və xərclərin hesabını aparın. Bu məsləhətin bəlkə də bir
neçə min il yaşı var, lakin o hələ də öz aktuallığını itirməyib. Sadəcə
bir dəftər götürmək və hər günün sonunda öz xərclərini kateqoriyalar
üzrə bölüb yazmaq lazımdır. Pul alanda isə onları gəlir bölməsinə yazmaq
və hər ayın sonunda "nə qədər pul getdiyini” hesablamaq olar.



Məqsədli
alış-veriş. İstənilən məhsul və malları yalnız siyahı əsasında alın,
dəqiq sizə nə lazım olduğunu müəyyən etməmiş bazara getməyin. Belə də
siz lazımsız məsrəflərdən qurtulmuş olacaqsınız, bəzən bizə xırda-para
görünən bu xərclər sonda iri bir məbləğin əldən çıxmasına səbəb olur.
"70% endirim” kimi reklam yazılarına inanmayın, axı siz bundan ötrü
alış-verişə çıxmamısınız. Axı belə sadəlövh metodlar ilə satıcılar
sadəcə öz anbarlarında qalmış mallarını "müştərilərə sırıyır” və bununla
da qazanc əldə edirlər.



Xərclər
planı. Pulu necə xərcləməyiniz barədə əvvəlcədən düşünün. Pulu daha
effektiv xərcləmə yollarını müəyyən edin. "Nə vaxt pulum olar, onda da
bu haqda düşünürəm” – demək lazım deyil. Təəssüf ki, statistika göstərir
ki, lotereyada pul udmuş və ya böyük bir məbləği miras kimi almış
insanların əksəriyyəti qısa zaman kəsiyində həmin puldan məhrum olurlar,
çünki onlar pulu necə xərcləməli olduğunu bilmirlər. Yəni pula qənaət
etməyi və onu idarə etməyi öyrənmək lazımdır.



Əmanət.
"Qara gün üçün” pul ayırın. Gələcəkdə nə baş verə biləcəyindən xəbərdar
olmaq insana lazım deyil, hər şeyə hazır olmaq qeyri mümkündür, amma
bəzi maddi çətinliklərdən sığortalanmaq olar. Çünki belə çətinliklər ilə
üzləşəndə insanlar panikaya düşür və üst-üstə böyük faizlər ilə çoxlu
borc almağa başlayır.



Məcburi
xərclər. Əgər qazandığınız pul qarşılığında məcburi xərcləriniz
həddindən artıq çoxdursa, onları azaltmağın yollarını fikirləşin.
Məsələn kommunal ödənişlər baxımından da daha effektiv davranmaq yolları
həmişə mövcuddur.



Alternativ
məhsullar. Brendlərə qarşı münasibətiniz dəyişin. Əgər siz yalnız
hər-hansı bir "super-Samsung” alır və öz vərdişlərinizi dəyişmək
istəmirsinizsə, onda bilin ki, "Leyblomaniya” (etiket maniyası) çox
reklam olunan brendlərdən asılılıqdan başqa bir şey deyil. Adətən
istədiyin brenddən məhsul ala bilməmək ciddi psixoloji sarsıntıya səbəb
olur. Bu gün elə bir məhsul yoxdur ki, o Çində istehsal olunmasın və
tamamı ilə mümkündür ki, həmin brend məhsulunun daha ucuz alternativi
var və keyfiyyət fərqi isə heç də böyük deyil.



Əgər bu məsləhətlərə uzun müddət ərzində əməl edə bilsəniz deməli heç də hər şey itirilməyib və sizdə mütləq alınacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!