Soyuqda başı açıq gəzənlərə xəbərdarlıq

Soyuqda başı açıq gəzənlərə xəbərdarlıq
Faydalı məsləhətlər
10.09.2017 11
Üz
iflici soyuq və küləkli havada üz əzələlərini idarə edən sinirlərin
gərilməsi nəticəsində yaranır. Soyuq hava üz iflici riskini daha da
artırır. Bəs bundan necə qorunmalı? Aile.lent.az türkiyəli həkim Yüksel
Sandıkçının fikirlərini təqdim edir.

 

Sinirlərin
gərilməsi üzdəki əzələlərin idarə edilməsinə mane olur. Buna görə də
əzələlər hərəkətsiz qalır. Üz hərəkətlərini təmin etmək üçün beyindən
gələn əmrləri əzələlərə çatdıran üz sinirlərindəki problemlər bu
xəstəliyə səbəb olur: "Üz iflici insandan asılı olaraq özünü fərqli
formada göstərir. Bəzən çox yumşaq olur və yalnız insan güldüyü zaman
bəlli olur. Üzün yarısı qismən hərəkətsiz və ifadəsiz qalır. Ətraf sinir
sistemi səbəbindən üz iflici alını qırışdırmağa mane olur, gözlər
yumulmur, dişləri göstərmək mümkün olmur, dodaqlar büzülmür, ağzın
kənarları düz qalır”.   

 

Üz
iflicinin daha bir əlaməti dilin ön hissəsində dad bilmə hissinin
itməsidir. Y. Sandıkçı bildirir ki, üz iflici santral deyilən mərkəzi və
ekoloji deyilən periferik üz iflici olmaqla iki yerə bölünür: "Santral
üz iflici beyindəki gərginlik səbəbindən meydana gələn iflicdir və özü
ilə bədənin başqa yerində sıxılmalar, beyin zədələri və s. kimi
problemlərin yaranmasına səbəb olur. İkincisi isə, sinirin beyin
sapından çıxdıqdan sonra başına hər hansı hadisə gəlmə nəticəsində
yaranan və sadəcə üzün bir tərəfinə təsir edən ekoloji deyilən periferik
üz iflicidir”. 

 

Həkim
üz iflicindən qorunmaq üçün üzün soyuqdan qorunması və xüsusən də nəm
üzlə soyuq havaya çıxmamağı məsləhət görür. Soyuq və küləkli havada
papaq, şərf, şal və başqa örtük vasitələri ilə üzü və üz ətrafını
bağlamaq lazımdır: "Ən çox rast gəlinən üz iflici soyuq havada nəm üzlə
havaya çıxılması nəticəsində yaranır. Bundan başqa, soyuq və küləkli
havada maşın şüşələrinin açıq qalması və motosiklet sürənlərin mütəmadi
olaraq küləyə məruz qalması da üz iflicinə səbəb olur. Soyuq və küləkli
havalarda maşının şüşələrini bağlı saxlamaq lazımdır. Motosiklet
sürənlərsə, daima baş, üz və boyu hissələrini bağlı və örtülü
saxlamalıdırlar”.

 

Üz
iflicini yüngülləşdirmək üçün saqqız çeynəmək məsləhətdir. Amma bu,
insanların çox az hissəsinə aiddir: "Yaşlı insanlar, şəkər xəstəsi
olanlar və travma alanların iflic qalma riski yüksəkdir. Üz iflici
müalicəsi zamanı dərmanlarla yanaşı saqqız çeynəmək, şar şişirtmək, üz
əzələlərinin masaj etdirilməsi də məsləhət görülür. Gecələri gözü açıq
vəziyyətdə yatanlarsa gözlərini qara lentlə bağlamalıdır”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!