Küləkdə göz yaşarması normal haldır?

Küləkdə göz yaşarması normal haldır?
Faydalı məsləhətlər
10.09.2017 35
Daim
dəyişən hava şərtləri bədənin müqavimətini zəiflətməklə yanaşı, görmə
qabiliyyətinə də pis təsir edir. Göz xəstəlikləri mütəxəssisi professor
Banu Coşarın sözlərinə görə, soyuq və quru havalar gözlərdə qaşınma,
yaşarma, qızartıya səbəb olur. Bu da mikrobların yaranması ilə
nəticələnir. İş yerləri, məktəb, kinoteatr, alış-veriş mərkəzləri,
ictimai nəqliyyat kimi qapalı və izdiham olan məkanlarda gözdə infeksiya
riski artır.  Xüsusilə, öskürərkən mütləq dəsmaldan istifadə etməli,
əlləri tez-tez yumalı, otaqların havasını dəyişdirməli,
kondensionerlərin filtrlərini təmizləməli, müqaviməti aşağı olan
insanlar qidalanma rejiminə fikir verməlidir.

 Banu Coşarın göz problemlərinin səbəbi barədə fikirlərini və onlardan qorunmaq məqsədilə məsləhətlərini təqdim edirik

 

- Gözdə qızartı nəyin əlamətidir?

- Gözün qızarması gözə mikrob düşməsinin əlamətidir. Bu zaman gözlərdə batma, işığa həssaslıq kimi əlamətlər nəzərə çarpır.

 

- Hava çirkliliyindən necə qorunmalı?

-
Xüsusilə yanvar-fevral aylarında artan hava çirklənməsi göz
sağlamlığına mənfi təsir göstərir. Havadakı kimyəvi maddələr göz yaşında
əriyir və göz səthinin qurumasına yol açır. Ona görə də qış aylarında
göz yanmasına tez-tez rast gəlinir.

 

- Küləkdə göz yaşarması normal haldır?

-
Qış aylarında ən çox rast gəlinən göz şikayəti soyuq və küləyin yol
açdığı göz yaşarmasıdır. Təzadlı görünsə də, gözdən yaş axmasının səbəbi
də göz quruluğudur. Külək göz səthini qurudur. Nəticədə göz yaşı
vəziləri daha çox göz yaşı istehsal edərək reaksiya verir. Buna refleks
yaşarma deyilir. Həmin refleks gözün normal bir müdafiə mexanizmidir.

 

- Qışda eynəkdən istifadə etmək lazımdır?

-
Qış idman növləri ilə məşğul olanda eynəkdən istifadə mütləqdir.
Xizəkdə sürüşən zaman qoruyucu eynəkdən istifadə etməmək  qar korluğuna
səbəb olur. Qar korluğunun əsas səbəbi günəşin ultrabənövşəyi
şüalarıdır. Həmin şüalar yüksək enerjiyə sahibdir. O, gözün şəffaf
təbəqəsinin səthindəki hüceyrələri məhv edir. Nəticədə gözdə şiddətli
ağrı, işığa qarşı həssaslıq və görmə bulanıqlığı meydana gəlir. Qar
korluğu müvəqqəti haldır, müalicə ilə 24-48 saatda yaxşılaşır. Hava
çirklənməsinin göz səthində yaratdığı mənfi təsirlərinə qarşı süni göz
yaşı damcıları istifadə edilməlidir. Həmçinin xizək sürərkən qəzalarda
göz və göz ətrafını qorumaq üçün  xizək eynəyindən istifadə mütləqdir.

Göz xəstəlikləri mütəxəssisi qış mövsümündə göz sağlamlığını qorumaq üçün 5 məsləhət verib:

 

Gözləri qorumağın 5 qaydası

 

1. Küləkdən qorunun: Küləkli havalarda geniş çərçivəli eynəklər istifadə edərək gözlərinizi tozdan qoruyun.

 

2.
Çoxlu su için: Bədənimizin 60 faizini təşkil edən su, göz sağlamlığı
üçün də çox əhəmiyyətlidir. Kifayət qədər su içmədikdə göz yaşı
istehsalı azalır. Ona gprə də, gözün nəmli olması üçün bədənin su
ehtiyacı yetərli səviyyədə olmalıdır.

 

3.
Qapalı mühitlərdə otağın nəmini nizamlayın: Qışda otaqlar qızdırıcı
sistemlə qızdırılır. Bu da havadakı rütubətin azalmasına, bunun
nəticəsində də göz quruluğuna səbəb olur.

 

4.
Günəş və ya xizək eynəyi istifadə edin: Xüsusilə, qarlı havalarda
ehtiyatlı olun. Çünki ağ qar günəş şüalarını əks etdirdiyi üçün gözə pis
təsir edir. Günəş eynəyi həm külək, həm də toza qarşı mexaniki
maneədir. Həmçinin göz ətrafındakı nazik dəri toxumalarını da qoruyur.
Ancaq eynəyin mütləq keyfiyyətli olmasına diqqət edin.

5.
Gözlərə istirahət verin. Kompüterdən istifadə edərkən gözü normadan
daha az qırpırıq. Belə ki, dəqiqədə 10-15 qırpma sayı, kompüter
qarşısında 5-6-ya düşür. Bu da göz səthinin buxarlanmasını artırır. Bunu
kondensioner və quru hava müşayiət etdikdə gözdə quruluq problemi
artır. Saatda 3 dəfə ekrandan uzaqlaşaraq  20 saniyə uzaq bir nöqtəyə 
baxın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!